Yaxın Şərq
İsrailin ilk cəhdi uğursuz oldu - FOTO
İsrailin birinci Ay missiyası - "Bereşit" aparatı Aya eniş zamanı qəzaya uğrayıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə uçuşun birbaşa yayımını aparan “Times of Israel nəşri” bildirib.
Əvvəlcə aparatın əsas mühərrikində problemlər yaranıb, sonra isə onunla əlaqə kəsilib. Bir neçə dəqiqə sonra missiyanın rəhbərləri elan ediblər ki, aparatı Ayın səthinə endirmək mümkün olmayıb.
“Əgər ilk dəfə alınmadısa, biz yenidən yoxlayacağıq”, - ölkənin baş naziri Benyamin Netanyahu bildirib.
Qeyd edək ki, “Bereşit” ABŞ-ın Kanaveral kosmodromdan “Falcon 9” raketinin köməyi ilə fevralın 22-də Aya yola düşmüşdü.
“Bereşit” İsrailin “Israel Aerospace Industries” hərbi-sənaye şirkəti tərəfindən istehsal olunmuşdu. Kosmik aparata yüz milyon dollardan bir qədər az xərclənib. Missiya müvəffəqiyyəti olacağı halda, İsrail SSRİ, ABŞ və Çindən sonra Aya şəxsi aparatını endirən dördüncü ölkə ola bilərdi.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...















.jpg)



















.jpg)
.jpg)

