Yaxın Şərq
Ermənistan və İrandan Türkiyəyə qarşı ŞOK ADDIM: hər iki ölkə...
“Bu hərəkat yeni humanitar böhrana səbəb olacaq, bölgədəki vəziyyət pisə doğru dəyişəcək, dinc sakinlərin ölümünə səbəb olacaq”.
Publika.az xəbər verir ki, bu sözlər Ermənistan Xarici İşlər Nazirliyi Türkiyənin “Sülh Çeşməsi” hərəkatını qınayan bəyanatında yazılıb.
Qeyd edilib ki, hərəkat bölgədə yaşayan etnik xalqlar üçün əlavə təşviş yaradır.
Türkiyənin digər qonşusu İran da hərəkata sərt reaksiya verib: “İran Xarici İşlər Nazirliyi Türkiyənin “Sülh Çeşməsi” hərəkatından dolayı narahatdır, qarşıdurma bölgəsindəki insanların vəziyyəti və onlara qarşı təhlükələr nəzərə alındıqda hücumlara təcili son qoymağa və Türkiyəni qoşunlarını Suriyadan geri çəkilməyə çağırırıq”.
İtaliynın Xarici işlər naziri Enzo Moavero Milanesi Türkiyəyə atəşkəs çağırışı edib. O, hərəkatın qəbuledilməz olduğunu bildirib.
Rusiya Xarici işlər naziri Sergey Lavrov Ankara ilə Dəməşq arasında dialoq başlaması üçün ölkəsinin vasitəçi ola biləcəyini açıqlayıb: “Türkiyənin sərhəd təhlükəsizliyi ilə bağlı narahatlığını anlayırıq. Bu hərəkat ABŞ-ın bölgədə atdığı addımların nəticəsidir”.
Yapniya Hökumət Kabinetinin baş katibi Yoşidide Suqa hərəkatın bölgədəki gərginliyi artırdığını, Suriya böhranının hərbi yollarla həll edilə bilməyəcəyini deyib.
Belarus böhranın Astana prosesi çərçivəsində həll edilməsinin vacibliyini bəyan edib.
Yunanıstna hərəkatı işğal adlandırıb. Xarici işlər naziri Nikos Dendias Türkiyənin böyük səhvə yol verdiyini deyib.
İsrail Baş naziri Binyamin Netanyahu açıqlamasında hərəkatı şiddətlə qınadığını deyib. O, Türkiyəni etnik təmizlikdə günahlandırıb.
Pakistandan verilən açıqlamada Türkiyənin əməliyyatlarının dəstəkləndiyi, siyasi həll yolu tapmaq məsələsində Türkiyənin rolunun təqdir edildiyi vurğulanıb.
Qeyd edək ki, ötən gün Fransa, Almaniya, Hollandiya, Finlandiya, Misir, Səudiyyə Ərəbistanı, Avstraliya, BƏƏ kimi ölkələr “Sülh Çeşməsi”nə qarşı açıqlamalar vermişdi. NATO və Aİ də hərəkata öz mövqelərini bəyan etmişdi.
Zümrüd
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

