Yaxın Şərq
Çobanlar İŞİD-in xəzinəsini tapdılar
İraq çobanları səhrada İŞİD terror təşkilatının xəzinəsini aşkar ediblər.
Publika.az xəbər verir ki, “Mirror” nəşrinin yazdığına görə, bu haqda İŞİD-in öldürülmüş başçısı Əbubəkr Əl-Bağdadinin ən yaxın silahdaşlarından biri olan Məhəmməd Əli Sajet bildirib.
Onun sözlərinə görə, gizli yerdə ümumi dəyəri 25,7 milyon ABŞ dollar olan pul, qızıl və gümüş saxlanılırdı. Sajet iddia edir ki, yerin planının olmasına baxmayaraq, İŞİD-çilər gizli yeri itiriblər, amma sonra onu çobanlar tapıblar.
“Al Arabiya” telekanalı bildirib ki, Sajet Bağdadinin Suriyanın İdlib vilayətində hərbi əməliyyatın gedişatında öldürülməsindən sonra İraq kəşfiyyatı tərəfindən tutulub. Sajet kanala verdiyi müsahibədə bu xəzinədən danışıb və dəqiqləşdirib ki, onu İraqın Anbar əyalətinin səhrasında tapıblar.
Əyalət Suriya, İordaniya və Səudiyyə Ərəbistanı ilə həmsərhəddir və burada sünni ərəb əhalisi üstünlük təşkil edir. Əyalətin əhəmiyyətli hissəsi 2014-cü ildə İŞİD tərəfindən tutulmuşdu. Bu ərazi Suriya və İraqın qalan hissəsində İŞİD-in məğlub edilməsindən sonra döyüşçülərin əsas sığınacaqlarından birinə çevrilmişdi.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
















.jpg)


















.jpg)

.jpg)
