Yaxın Şərq
Türkiyəli hərbçilərin vurulmasının əsl səbəbi bu imiş - Əsədin ŞOK PLANI üzə çıxdı
Suriyanın İdlib şəhərində 34 türk əsgərinin şəhid olduğu hücum Bəşər Əsəd rejiminin Türkiyə ilə Rusiyanı qarşı-qarşıya gətirmək üçün təxribatdır.
Publika.az xəbər verir ki, bu iddia Rusiyanın müxalif “Novaya Gazeta” nəşrində yer alıb.
Pavel Felqenqauerin imzası ilə dərc olunan “Rusiya və Türkiyə yenidən dalaşmaq üzrədir” başlıqlı məqalədə bildirilib ki, Rusiya rəsmilərinin anlamsız kiçik yalanlarına görə məsələ daha da dərinləşib.
Rusiya Müdafiə Nazirliyinin türk əsgərlərinin silahlı qruplarla bərabər olduğu, onlara koordinatlar göndərilmədiyinə görə bombalandığı və cinayətin türk tərəfinin həyata keçirdiyinə dair açıqlamasını xatırladan Felqenhauer buna qarşılıq olaraq Türkiyənin Müdafiə naziri Hulusi Akarın da koordinatları ruslara göndərdiklərini, türk əsgərləri ölərkən ətraflarında heç bir silahlı qruplaşmasının olmadığını söylədiyini bildirib. Yazar qeyd edib ki, Akarın bu sözlərində doğruluq payı var: “Çünki ölənlərin türk və suriyalı qarışığı olması lazım idi. Lakin ölənlər sadəcə türk əsgərləridir”.
İdlibdəki hava məkanı və əməliyyatlara Rusiyanın Hmeymim hərbi bazasından nəzarət edildiyinə diqqət çəkən yazar hər növ əməliyyatın bu mərkəzdən idarə olunduğunu, qurudakı radarlardan, PUA-lardan, peyklərdən, radiolakasiya təyyarələrindən və digər kəşfiyyat qaynaqlarından fərqli bilgilərin burada toplandığını diqqətə çatdırıb.
Rusiya Prezidenti Vladimir Putinin gərginliyin azalması və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə dostluğunu xilas etmək üçün zirvədə görüşməyə razı olduğunu bildirən Pavel Felqenqauer İdlibdə yeni atəşkəsin əldə oluna biləcəyini qeyd edib.
Zümrüd
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var








.jpg)





.jpg)





















.jpg)


