Yaxın Şərq
Misir 12 neft emalı zavodu inşa edəcək
Misir hökumətinin ölkədə benzinə olan tələbatın daxili istehsal hesabına tam ödənilməsi strategiyası çərçivəsində İsgəndəriyyə Neft Emalı və Neft-Kimya Şirkətinin yeni zavodunun açılışı olub.
Publika.az Misir Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, açılış mərasimində iştirak edən Prezident Əbdülfəttah əl Sisi 2023-cü ilədək ölkənin enerji strategiyasını açıqlayıb.
Tədbirdə çıxış edən Misirin Neft və Mineral Ehtiyatlar naziri Tarik əl Molla məlumat verib ki, ölkənin İsgəndəriyyə, Süveyş, Matruh, Kafr əl Şeyx, Beheyra, Menufeya və Damietta bölgələrində 12 neft emalı zavodunun inşa edilməsi nəzərdə tutulur. 2020-ci ilin sonunadək yüksək keyfiyyətli benzinə olan tələbatın 60 faizi yerli istehsal hesabına təmin ediləcək. Bundan başqa, Misir Şimali Afrika və Yaxın Şərq ölkələrinə yanacaq ixracını da həyata keçirəcək.
Misir Prezidenti İsgəndəriyyədə 520 min ton tutumu olan böyük taxıl anbarının da açılışında iştirak edib. Qeyd olunub ki, cari ildə Misir hökuməti anbarın tikintisinə 8,9 milyard Misir funtu məbləğində subsidiya ayırıb.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...




































.jpg)
.jpg)

