Yaxın Şərq
Rusiya bu mövqeləri bombalayır - Daha bir münaqişə zonasında GƏRGİNLİK - VİDEO
Rusiyanın Hava Kosmik Qüvvələri son üç sutkadır ki, Suriyanın şimalında, İdlib vilayətində Əsəd rejiminə müxalif yaraqlıların mövqelərinə, düşərgələrinə intensiv hava zərbələri endirir.
Rusiya mənbələri təkcə aprelin 8-də 90-dan çox raket-bomba zərbələrinin endirildiyini xəbər verir. Dünən aprelin 9-da isə Rusiya qırıcı-bombardmançıları İdlibin Basankul rayonunda “Hayat Təhrir əş-Şam” qruplaşmasının düşərgəsinə 500 kiloqramlıq aviabombalarla və raketlərlə zərbələr endirib. Telegram-kanallarda bomba zərbələrindən sonra çəkilmiş görüntülər yayılıb.
Hava zərbələrində Rusiyanın Su-24 cəbhə bombardmançıları və Su-34 qırıcı-bombardmançıları iştirak edir. Bu, Türkiyə-Rusiya deskalasiya zonasında toqquşmaların get-gedə güclənməsi ilə bir vaxtda baş verir.
Ötən gün habelə Rusiya aviasiyasının Türkiyə ordusunun artilleriya mövqelərinə zərbələr endirdiyi, bir neçə M114 səhra qaubitsasının sıradan çıxarıldığı bildirilir. Lakin digər mənbələr həmin qaubitsaların müxalif yaraqlıların mövqeyində vurulduğu haqda məlumat yayıb. Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub və xəbər verildiyi kimi, tərəflər Qarabağı, Suriyanı və Donbassdakı vəziyyəti müzakirə ediblər.
Son həftələr ərzində Rusiya Suriyanın şimalında xeyli fəallaşıb və müxalif yaraqlıların düşərgələrini tez-tez bombalayır. (virtualaz.org)
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var












.png)
















.jpg)
.jpg)





