Yaxın Şərq
Türkiyə Əfqanıstandan qayıdır: nəticəsi necə olacaq? - Ağar DETALLARI AÇDI
“Hərbçilərimiz hazırda Əfqanıstandan Türkiyəyə qayıdır. Əfqanıstan isə artıq taliblərə təslim olub. Ancaq Türkiyə orada qalsaydı, proseslər fərqli istiqamətdə cərəyan edərdi”.
Publika.az xəbər verir ki, bunu terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
O bildirib ki, Türkiyə Kabil hava limanında yerləşməklə bir çox situasiyaya nəzarəti ələ ala bilərdi:
“Birincisi, Cənubi və Cənub-Şərqi Asiya və Türk yurdu olan Xorasanda təşəbbüskarlıq göstərəcəkdi. İkincisi isə Əfqanıstanın gələcəyində və ölkənin yenidən qurulmasında iştirak etmək imkanı əldə edirdi. Üçüncüsü, Əfqanıstandan qaynaqlanan mümkün qeyri-sabitliyə anında müdaxilə imkanını qazanırdı. Dördüncüsü, qeyri-sabitlik hökm sürən ərazidən əlaqələrin, güc tətbiqinin və ya təxribat kimi qiymətləndirilə bilən hərəkətlərin tətbiq oluna biləcəyi şərtlərin və təşəbbüslərin inkişafına nəzarəti öz əlində saxlayacaqdı.
Bundan əlavə, müttəfiqləri ilə ortaq bir zəmində görüşmək və onlarla yaşadığı gərginliyi və təzyiqi azaltmaq kimi düşüncələri vardı. Türkiyə Əfqanıstan üçün bir ümid ola bilərdir. Müasir dünyanın və legitimliyin qapısını tuta bilərdi. Bu, olmadı.
“Taliban” və onlara təsir edənlər Türkiyənin Əfqanıstanda belə bir geosiyasi, siyasi, hərbi, demoqrafik, dini və iqtisadi təşəbbüs yaratmasını istəmirdilər. Bunun nəticələri olacaq. Ən yaxşısını diləyirəm”, - A.Ağar qeyd edib.
Akqabay
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər













-332321585f0779969d9957a0ad7dcda0.jpg)









.png)














