Yaxın Şərq
İŞİD-in Suriyadakı lideri öldürüldü
Suriyadakı "İraq Şam İslam Dövləti" (İD) terror qruplaşmasının lideri ABŞ-ın aviazərbələri nəticəsində məhv edilib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Bildirilib ki, ABŞ pilotsuz təyyarələri çərşənbə axşamı Suriyanın şimal-qərbində İŞİD-in iki yüksək rütbəli liderini hədəf alıb.
"İŞİD-in ilk beş liderindən biri və Suriyada İŞİD-in lideri olan Maher əl-Aqal zərbə zamanı öldürülüb. Mahirlə yaxından əlaqəsi olan yüksək rütbəli İŞİD rəsmisi zərbə zamanı ağır yaralanıb", - ABŞ Mərkəzi Komandanlığının bəyanatında deyilir.
Əl-Aqal İraq və Suriyadan kənarda "İslam Dövlətinin" şəbəkələrini yaratmaqla məşğul olub.
Hərbi komandanlıq bildirib ki, bu əməliyyatın uğurla həyata keçirilməsini təmin etmək üçün geniş planlaşdırma aparılıb.
İlkin araşdırma mülki itkilərin olmadığını göstərib.
Hüseyn İbadlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)



























