Yaxın Şərq
Netanyahu məhkəmə islahatlarının təxirə salınması ilə razılaşdı

İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər.
Publika.az xəbər verir ki, bu barədə “Kan” dövlət radiostansiyası məlumat yayıb.
Məlumata görə, Ben-Qvirin rəhbərlik etdiyi "Yəhudi Gücü" partiyasından bildirilib ki, koalisiya məsləhətləşmələrindən sonra parlamentdə məhkəmə islahatlarının təsdiqini yay sessiyasına qədər təxirə salmaq qərara alınıb. Bundan əvvəl Ben-Qvir təxirə salınmanın qəti əleyhinə idi.
“Kan” qeyd edir ki, bunun müqabilində də Netanyahu yeni güc strukturunun - Milli Qvardiyanın formalaşmasına razılıq verib. Yeni struktur Ben-Qvirin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin nəzarətinə veriləcək.
Qeyd edək ki, martın 26-da İsraildə məhkəmə sistemindəki dəyişikliklərə qarşı kütləvi etirazlar başlayıb. 600 mindən çox insan küçələrə axışıb.
-
Qoroskop00:15
Günün ulduz falı: Sezgiləriniz sizə bələdçi olacaq
-
ABŞ15 Oktyabr 23:07
Heqsetin təyyarəsi məcburi eniş etdi - Ön şüşəsi çatlayıb...
-
ABŞ15 Oktyabr 21:55
Uitkoff siyasətdən gedəcəyi ilə bağlı şayiələrə cavab verdi
-
Kriminal15 Oktyabr 20:48
19 yaşlı oğlan 10 manata görə qətlə yetirildi - Xırdalanda
-
İdman15 Oktyabr 19:30
“Atletik” - “Qarabağ” matçının hakimi açıqlandı
-
Nida Xəbər 15 Oktyabr 19:20
Ramil Həsənin deputatlığına xitam verildi - Yeniləndi
-
ABŞ15 Oktyabr 19:00
ABŞ-ın müharibə naziri Rusiyanı hədələdi
-
Banklar 15 Oktyabr 18:10
Şirkətlər "YeloBank"dakı pullarını geri çəkiblər