İsrail kəşfiyyatı qarışdı: Bir-birlərini ittiham edirlər
Bizi izləyin

Yaxın Şərq

İsrail kəşfiyyatı qarışdı: Bir-birlərini ittiham edirlər

Beynəlxalq kəşfiyyat xəbər saytı "Intel News" İsrail-HƏMAS müharibəsi ilə bağlı ən son kəşfiyyat məlumatlarını əldə edib. Ölkə tarixinin ən böyük kəşfiyyat fiaskosu sayılan prosesdə həm Mossad, həm də İsrail ordusunda böyük tədbirsizlik və diqqətsizlik son məlumatlarla bir daha təsdiqlənib.

Publika.az xəbər verir ki, son məlumata görə, İsrail kəşfiyyatının üç əsas qolu olan Mossad (əsas kəşfiyyat orqanı), Aman (hərbi kəşfiyyat orqanı) və Şin Bet (daxili təhlükəsizlik orqanı) fiaskodan sonra bir-birini ittiham edən rəsmi hesabatlar yazmağa başlayıblar.

İsrail Baş Nazirliyi hər üç kəşfiyyat qurumuna məktub göndərərək, HƏMAS münaqişəsinin başlaması ilə ölkədə baş verən şokedici kəşfiyyat boşluqları ilə bağlı rəsmi izahat istəyib. Mövcud hesabatlarda hər üç qurum bir-birini günahlandırıb. Üç hesabatın müqayisəsi nəticəsində əldə edilən məlumata görə, Mossad və Şin Bet Aman təşkilatı rəsmilərini aylar öncədən xəbərdarlıq edərək HƏMAS-ın uzun illərdir Qəzzada həyata keçirdiyi hərbi təlimləri artırdığı və bu təlimlər arasında İsrail şəhərlərinə reydlər keçirmək planlarının da olduğu barədə məlumatlandırıb.

Bu məlumatlara baxmayaraq, Aman HƏMAS-ın belə genişmiqyaslı əməliyyatlar həyata keçirə biləcəyinə inanmadığı üçün buna məhəl qoymayıb. Aman rəsmiləri HƏMAS-ın döyüşməyəcəyi, əksinə, liderlərinin İsraillə "razılaşma və danışıqlara can atdıqları" barədə xəbərlər hazırlayıblar. Əldə edilən məlumata görə, İsrail Baş Naziri dəftərxanası da belə nəticəyə gəlib ki, HƏMAS rəhbərliyinin şübhələrdən yayınmaq üçün kompromis axtarışları nümayiş etdirilir.

Mossad və Şin Betin xəbərlərinə görə, İsrail ordusunun 2021-ci ilin may ayında həyata keçirdiyi və HƏMAS-ın Qəzzada varlığını hədəf alan “Divarların Keşikçisi” adlı əməliyyatdan sonra HƏMAS genişmiqyaslı hücum planına keçib. Hesabatlarda Amanın ixtiyarında 2022-ci ildən bəri çəkilmiş və HƏMAS-ın hərbi təlimlərinin yer aldığı məxfi qeydləri də var. Bu qeydlərdə HƏMAS-ın hərbi qolu olan İzzəddin əl-Qəssam Briqadalarının daha təsirli şəkildə təlim keçdiyi açıq şəkildə görünür. Baş nazirlik Amanın bu dövrə aid qeydlərini araşdırdıqda isə hesabatlarda “Onlar sadəcə məşq edirlər. Böyük hücum ehtimalını nəzərə alaraq hazırlıq görməyə ehtiyac yoxdur” ifadəsinə də diqqət yetirib.

Mossad və Şin Betin HƏMAS rəhbərlərinin kommunikasiyalarından əldə etdikləri məlumatlara əsaslanaraq hazırladıqları hesabatlarda İsrail-Qəzza sərhəddində hücumların ola biləcəyi və bu hücumların İsrailin daxili bölgələrinə yayıla biləcəyinə dair məlumatlar var. Hesabatlarda “İsrailə qurudan və havadan, eləcə də Qəzzada tunellərdən hücum edilə bilər” şərhi də yer alır.

Hesabatlarda HƏMAS-ın xüsusi olaraq “yüksək texnologiyalı sərhəd müşahidə məntəqələrini, izləmə sensorlarını və uzaqdan idarə olunan silahları hədəf alması” barədə məlumatlar var. Nəşrdə baş nazirliyin gəldiyi nəticənin təkcə Amanın deyil, həm də Şin Betin mümkün hücumlara qarşı heç bir hazırlığının olmadığı qənaətinə gəldiyinə dair məlumatlar yer alır.

Nəzrin Cavadzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm