Yaxın Şərq
Putin 33 türk əsgərini öldürən Çaykonu yenidən Suriyaya göndərdi - FOTO
Müxalifətin Əsəd rejiminə qarşı uğurlu hücumlarından sonra Rusiyanın Suriyadakı qüvvələrinin komandanı, general-leytenant Sergey Kiseli vəzifəsindən uzaqlaşdıran Putin onun yerinə general Aleksandr Çaykonu təyin edib.
Publika.az xəbər verir ki, general Çayko 2017-ci ildən 2020-ci ilə qədər Rusiyanın Suriyadakı qüvvələrinin komandanı olub.
Çayko Türkiyə ordusunun 33 əsgərinin öldürülməsində əsas məsuliyyətli şəxsdir. 2020-ci ilin 27 fevralında Rusiya qüvvələrinin İdlibin Balyun şəhərinə 33 türk əsgərinin şəhid olması ilə nəticələnən hava hücumuna məhz bu generalın rəhbərlik etdiyi haqda məlumatlar var.
Ukrayna cəbhəsində döyüşən Çaykonun yenidən Suriyaya göndərilməsi Rusiyanın bu ölkədəki mövqelərinin ciddi zərbə almasından xəbər verir.
Asif
-
Qoroskop20:36Noyabrın sonunda üç bürcün həyatı yaxşılaşacaq
-
Nida Xəbər 19:48Qara Qarayev “Vyetnam süitası”nı bəstələyib, Əjdər İbrahimov orada çalışıb
-
Hadisə19:12Məktəbli qız itlərin hücumundan son anda xilas oldu - Anbaan görüntülər
-
Yaxın Şərq18:00İran daha bir ABŞ PUA-sını vurdu
-
İqtisadi gündəm17:45Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artdı
-
MDB16:49Qaçırılan 15 yaşlı qız tapıldı
-
Ekologiya16:31Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
-
Region16:15Sabah TRIPP layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcəyik - Paşinyan



















.jpg)

















