Yaxın Şərq
Amerikalı generalın PKK terrorçuları ilə görüşü - Suriyada nə planlaşdırılır?
ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) komandiri general Maykl Erik Kurilanın Suriyada PYD/YPG terror təşkilatının üzvləri ilə görüşdüyü ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu barədə CENTCOM-un açıqlamasında qeyd olunur.
Kurila Suriyaya səfər edib və bölgədəki amerikalı əsgərlərlə yanaşı, “Suriya Demokratik Qüvvələri” adı altında fəaliyyət göstərən PYD/YPG terrorçuları ilə də görüşüb. Rəsmi açıqlamaya görə, bu görüşün məqsədi İŞİD-in yenidən canlanmasına qarşı mübarizə aparmaqdır.
Kurila Suriyanın şimal-şərqində yerləşən 40 mindən çox insanın olduğu düşərgələrə də baş çəkib. Bu düşərgələrdə qalan insanarın İŞİD-lə bağlantısının olduğu deyilir. Bununla yanaşı, amerikalı general İŞİD-ə qoşulmuş və həbs edilmiş 50 ölkədən 9 mindən çox məhbusun qaldığı həbsxanaları da ziyarət edib. Kurilan bildirib ki, İŞİD-in həbs edilən əcnəbi üzvlərinin ölkələrinə qayıdışını təmin etmək məsələsi müzakirə olunur.
Asif
-
Magazin222:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa22:12Papa əməliyyat olundu
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO








.jpg)























