Yaxın Şərq
Əsəd ekstradisiya edilməyəcək: Amma Rusiya Suriyada...
Rusiya Bəşər Əsədin ekstradisiyasını müzakirə etməkdən imtina edib, lakin Suriyanın yeni hakimiyyət orqanları ilə hərbi mövcudluq və iqtisadi əməkdaşlıqla bağlı danışıqları davam etdirir.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Nəşrin yazdığına görə, Moskva təkcə hərbi bazalarını saxlamır, həm də ölkədə təsir imkanlarını genişləndirir.
Rusiya ilə Suriyanın yeni hakimiyyət orqanları arasında danışıqlar yanvar ayında xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin Dəməşqə gəlişindən sonra başlayıb. Əvvəlcə Rusiya hərbi bazalarının gələcəyi müzakirə edilsə də, sonda məsələlərin əhatə dairəsi xeyli genişlənib.
WSJ-nin məlumatına görə, Suriya hakimiyyət orqanları Moskvanın təhvil verməkdən imtina etdiyi Bəşər Əsədin ekstradisiyası, 2018-2019-cu illərdə Suriya Mərkəzi Bankı tərəfindən Rusiyaya köçürülən təxminən 250 milyon dolların geri qaytarılması, Suriyanın neft yataqları və limanlarına Rusiya sərmayələri və s məsələlərlə bağlı mövqe öyrənməyə çalışıblar.
Əsədin ekstradisiyasından imtina etməsinə baxmayaraq, yeni hakimiyyətə pulla ilk dəstək verən Rusiya oldu. Fevral ayında Moskva Suriya Mərkəzi Bankına 23 milyon dollar ekvivalentində pul göndərərək ölkə üçün əskinas çap edib.
WSJ qeyd edir ki, digər ölkələr sanksiyalar riskləri səbəbindən bu addımdan imtina edib.
Rusiya Dəməşqlə danışıqları davam etdirir, çünki bölgədə hərbi obyektlərini yerləşdirmək üçün alternativ variantları yoxdur. WSJ-nin məlumatına görə, Moskva Liviyada baza yaradılması ilə bağlı danışıqlar aparmağa çalışsa da, buna nail ola bilməyib.
ABŞ və onun müttəfiqləri olan Səudiyyə Ərəbistanı və Qətər Suriyanın yeni hakimiyyət orqanlarını fəal şəkildə dəstəkləmədiyi üçün Rusiya bu boşluqdan öz mövqelərini gücləndirmək üçün istifadə edir.
WSJ Suriya rəsmisinə istinadən xəbər verir ki, Rusiyanın vəhşiliklərinə, o cümlədən bombardmanlara və keçmiş rejimə silah göndərilməsinə baxmayaraq, suriyalılar yeni səhifə açmaq istədiklərini bildiriblər.
Tural
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı

































.jpg)
.jpg)

.jpg)