Yaxın Şərq
Dörd ölkə hərəkətə keçdi, Suriyanı parçalayacaqlar - Türkiyəyə qarşı yeni plan
Suriyada Türkiyə və İsrailin qarşıdurması fonunda ölkənin parçalanması riskləri güclənir. Dürziləri dəstəkləyən İsrailin muxtariyyət istəklərindən sonra PKK-nın Suriya qanadı olan PYD/YPG də “dövlət qurmaq” istiqamətində işləyir. Əsədin devrilməsindən sonra bu qüvvələrin Suriyanın yeni hakimiyyəti ilə anlaşacağı gözlənilsə də, xarici oyunçuların dəstəyi ilə “muxtar dövlət” planları yenidən dövriyyəyə girib.
Publika.az xəbər verir ki, Suriyanın şimal-şərqində, Türkiyə ilə sərhəddə yerləşən Qamışlı bölgəsində keçirilən “kürd milli birlik konfransı” parçalanma cəhdlərinin başlanğıcı hesab oluna bilər.
Konfrans PYD/YPG terrorçularının təmsil olunduğu “Suriya Demokratik Gücləri” (SDG) ilə Bərzaniyə yaxın olan ENKS adlı qruplaşma tərəfindən təşkil olunub. Konfransda ABŞ, Fransa, İngiltərə, Hollandiya və bəzi ərəb ölkələrindən nümayəndələr qatılıb. Yekun bəyanatda “muxtariyyət, müstəqil dövlət” kimi istəklər yer alır. Bu toplantıya sərt reaksiya verən Türkiyə “Suriyanın unitar quruluşunun pozulmasına icazə verməyəcəyik” deyib.
Təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli mütəxəssis Ünal Atabəy “Haber Global”a açıqlamasında bildirib ki, Fransa və ABŞ-ın liderliyi ilə keçirilən toplantıda Bərzaninin dəstəkləməsi bütün kürd qruplarını bir araya gətirmək məqsədi daşıyır.
“Bu qrupların bir araya gəlməsi üçün 2020-ci ildən iş aparılıb. ABŞ və Fransa Suriyanın şimalında kürdlərə İraqdakı kimi “muxtariyyət” vermək istəyir. İsrailin də bunu dəstəklədiyi məlumdur. Bərzaninin orada olmasının məqsədlərindən biri də budur, çünki İraqda muxtariyyətin yaradılması təcrübəsi var və eyni təcrübəni Suriyada tətbiq etmək niyyətindədirlər. Yekun bəyanatda da təhlükəli məqamlar yer alır. Mərkəzi hakimiyyət altında federal, yaxud muxtar idarəçilik istəyir, Suriyanın adının, bayrağının, himninin dəyişməsinə çalışırlar. Bu, ölkənin unitar quruluşuna ziddir. Məqamlardan biri də beynəlxalq təhlükəsizlik çətirinin yaradılmasıdır ki, ABŞ və Fransa bununla PYD/YPG-ni mühafizə altına almağı planlaşdırır”, - o bildirib.
Asif
-
Avropa16:35"Diplomatlarımız İrandan Azərbaycana təxliyə olunacaqlar" - Serbiya Prezidenti
-
MDB16:00Putin Xameneinin öldürülməsinə belə reaksiya verdi
-
Region15:23Ayətullah Məkarim Şirazi cihad elan etdi
-
Nida Xəbər 15:17İrandan Azərbaycana BƏƏ-nin 6 diplomatik nümayəndəsi təxliyə olundu
-
Yaxın Şərq15:10"Bu tarixi cinayətə sərt cavab veriləcək!" - Pezeşkian
-
Yaxın Şərq14:55ABŞ və İsrail İrana niyə gündüz hücum edib? - Bütün plan Xameneiyə görə dəyişib
-
Nida Xəbər 14:41Ceyhun Bayramov Əraqçiyə Xameneinin və mülki insanların ölümü ilə bağlı başsağlığı verdi
-
ABŞ14:21Görün İlon Mask Xameneinin ölümünə necə reaksiya verdi






























.jpg)
.jpg)




