Yaxın Şərq
İsrailin İranı vuracağı TARİX DƏQİQLƏŞDİ - ABŞ evakuasiya başlayıb
Tehran Vaşinqtonla razılaşmanı yekunlaşdırmasa, İsrail bu bazar günü, iyunun 15-də İrana hərbi zərbə endirməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp və İsrail rəsmilərinin administrasiyasının rəsmilərinə istinadla "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, İsrail Tehranın nüvə silahının yaradılması üçün münasib fissul materialın zənginləşdirilməsi dayandırmaması halında hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir.
Birləşmiş Ştatlar və İran arasında müzakirələrin altıncı raundunun bu tarixə keçirilməsi planlaşdırılır. Bu raund çərçivəsində tərəflər İranın nüvə proqramının inkişafına məhdudiyyətləri müzakirə edirlər.
WSJ yazıb ki, İsrailin Baş naziri Benyamin Netanyahu iyunun 9-da güc tətbiqi ilə bağlı mümkün ssenarini ABŞ Prezidenti Donald Trampla müzakirə edib. Bundan sonra Vaşinqton diplomatların və hərbi qulluqçuların Yaxın Şərqdən qismən evakuasiyasına başlayıb.
ABŞ-ın məlumatında göstərilir ki, İsrail tərəfi zərbə endirməyə hazırlaşır.
Bundan əvvəl bildirilmişdi ki, Birləşmiş Ştatlar İsrailin hücumu halında İranın cavabından narahatdır.
Hüseyn İbadlı
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var

















.jpg)


















