Ər-Riyadla bağlı ziddiyyətli açıqlamalar: Raket hədəfə çatdı, yoxsa havada vuruldu?
Bizi izləyin

Yaxın Şərq

Ər-Riyadla bağlı ziddiyyətli açıqlamalar: Raket hədəfə çatdı, yoxsa havada vuruldu?

Ər-Riyadla bağlı ziddiyyətli açıqlamalar: Raket hədəfə çatdı, yoxsa havada vuruldu?

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının hərbi sözçüsü Yəhya Səria Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına ballistik raketlə zərbə endirildiyini iddia edib.

Publika.az xəbər verir ki, Səria hücumun dəqiq olduğunu bildirib. O, həmçinin Səudiyyə Ərəbistanının Xamis Muşayt şəhərində yerləşən hava bazasının pilotsuz uçuş aparatı ilə hədəfə alındığını bəyan edib.

Bundan əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri husilərin Ər-Riyad istiqamətində həyata keçirdiyi raket hücumunun qarşısının alındığını açıqlamışdı.

***

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) Ər-Riyad istiqamətində buraxdığı ballistik raketi ələ keçirərək məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi koalisiyanın bəyanatına istinadən məlumat yayıb.

Hadisədən sonra Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi paytaxt sakinlərini təhlükəsizlik qaydalarına əməl etməyə, insanların sıx toplaşdığı ərazilərdən uzaq durmağa, foto və video çəkilişləri aparmamağa çağırıb.

Bundan əvvəl Fövqəladə Hallar üzrə Erkən Xəbərdarlıq Milli Platforması Ər-Riyad sakinlərinə mümkün təhlükə barədə bildiriş göndərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm