Nəqliyyat
Yolların çala-çuxur problemini necə həll edək? - Ekspertdən MARAQLI TƏKLİF
Paytaxt yollarındakı çala-çuxur problem hər gün bir az da dərinləşir. Yollarda vaxtaşırı təmir işləri aparılsa da, qısa müddət sonra yolun müəyyən hissələrində yenidən çalalar meydana gəlir. Bu, ilk baxışda xoşagəlməz görüntü olsa da, sürücülər üçün ciddi problemə çevrilir. Çala-çuxurlar avtomobillərin zədələnməsinə və qəza hallarına səbəb olur. Payızın gəlişi ilə çala-çuxurların yaratdığı problem daha da aktuallaşır. Bəs yollarımızdakı bu problem necə həllini tapa bilər?
Publika.az xəbər verir ki, “DİGESTA” hüquq firmasının rəhbəri, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirir ki, bunun aradan qaldırılması isə hazırkı şəraitdə kifayət qədər sadədir:
“Bunun üçün opertaiv cari təmir və bərpa işinin yerinə yetirilməsi mümkündür. Dünyanın hər yerində yolların daimi istismara yararlı, standarta uyğun saxlanılmasına cari təmir vasitəsilə nail olurlar. Bunun üçün hər bir yol idarəsinin, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin mobil təmir qrupları olmalıdır. Bunu təşkil etmək heç də çətin deyil. Belə qrup 1ədəd samosval (yükünü özü boşaldan) yük avtomobilindən (KamAZ kimi nəhəg yox, 3-4 tonluq kiçik samosvaldan), 1 ədəd asfaltbasandan və 3-4 fəhlədən ibarət olsa yetərlidir. Bütün bunları təşkil etmək heç də böyük xərclər tələb etmir. Yolu, xüsusən də şəhər, qəsəbə və kənd küçələrini yararlı saxlamaq üçün heç də həmişə onu şumlayıb yenidən tikməyə ehtiyac yoxdur”.
Ekspert hesab edir ki, bu işin təşkili həm də ictimaiyyətdən asılıdır:
“Belə işləri cəmiyyətimiz də israrla tələb etməlidir. Hətta bunun üçün maraqlı ideyalar, lifehack-lar düşünmək olar. Məsələn, 2018-ci il Dünya çempionatını izləməyə gəlmiş Xorvatiya azarkeşləri Nijniy Novqorodda küçədəki çalada şəkil çəkdirdikdən sonra şəhər təsərrüfatı bu çalanı dərhal aradan qaldırmışdı. Başqa bir maraqlı lifehack Saratovda olub. Gənc rəssam küçədəki çala ətrafına qubernatora bənzəyən rəsm çəkdikdən sonra dərhal həmin çala da ləğv edilib”.
-
Cənubi Qafqaz16:42Ermənistanda kütləvi həbs: Rusiyaya bağlı siyasətçilər sıradan çıxarılır
-
Dünya15:50Yerin 15 kilometr dərinliyində aşkar edildi: İllərlə gizli qalıb
-
Yaxın Şərq15:43İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı






































