Nəqliyyat
Nobel prospektindəki tıxaclara qarşı YENİLİKLƏR ediləcək
Nobel prospekti “Nargilə dairəsi” adlanan ərazidə nəqliyyat yükünün azaldılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə hazırlanan layihənin icrasına başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a
verilən məlumata görə, hal-hazırda qeyd edilən ərazidə
alternativlərin və əlaqələndirmə imkanlarının az olması “Nargilə
dairəsi” adlanan ərazinin, o cümlədən Ramiz Quliyev küçəsinin
yüklənməsinə səbəb olur. Layihə çərçivəsində ilkin mərhələdə şəhər
mərkəzindən Zığ şosesi istiqamətində hərəkət edən nəqliyyat
vasitələrinin "Nargilə dairəsi"nə daxil olmadan birbaşa Həzi
Aslanov qəsəbəsinə və Ramiz Quliyev küçəsinə daxil olmadan Sadıqcan
küçəsi vasitəsilə Məhəmməd Hadi küçəsinə və bu ərazidə yerləşən
yaşayış massivlərinə çıxışı təmin ediləcək.
Nəqliyyat yükünün paylanması, sürücülərə daha çox alternativ
yolların təklif edilməsi məqsədilə, Agentlik tərəfindən Zığ
şosesinin Qədir Məmmədov və 823-cü keçid küçələri ilə kəsişdiyi
hissələrdə də sola və ya geriyə dönmə yerlərinin təşkili və Ramiz
Quliyev küçəsində alternativ yeni yolun salınması da nəzərdə
tutulub. Nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə hərəkət edə
bilməsi üçün sola və ya geriyə dönmə yerləri svetoforlar vasitəsilə
nizamlanacaq.
Layihənin icrası “Nargilə dairəsi" adlanan ərazidən keçən 6
müntəzəm marşrut xətti üzrə hərəkət edən 100-dən artıq avtobusun
hərəkət intervalındakı gecikmələrin də nisbətən azalmasına səbəb
olacaq. Bundan əlavə, kəsişmələrin svetoforla nizamlanması piyada
keçidlərinin təşkilinə də şərait yaradacaq.
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO


































.jpg)
.jpg)
