Nəqliyyat
Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
“Şərq-Qərb avtomagistralının tikintisi başa çatandan sonra “Qırmızı körpü” məntəqəsindən “Sarpi”yə qədər yolda gedilən vaxt iki dəfə azalacaq”.
Bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini, Avtomobil Yolları Departamentinin rəhbəri İrakli Karseladze bildirib.
Onun sözlərinə görə, Şərq-Qərb avtomagistralı Gürcüstan üçün çox önəmli layihədir: “Bu yol Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” məntəqəsindən başlayır və Türkiyə ilə sərhəddəki “Sarpi” məntəqəsinə qədər davam edir və 430 kilmoter təşkil edir. Yolun 200 kilometri artıq inşa olunub. Hazırkı 460 kilometrlik məsafə 30 kilometr qısalacaq. Əgər bu gün bu yolun qət olunmasına 8 saat səf olunursa, gələcəkdə tələb olunan vaxt iki dəfə azalaraq 4-4,5 saat təşkil edəcək. Yolda hərəkət tam təhlükəsiz olacaq”.
Qeyd edək ki, Şərq-Qərb avtomagistralı layihəsinin 2021-2022-ci illərdə başa çatdırılması nəzərdə tutulub (Report).
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
