Nəqliyyat
İstehsalat bazasının yenilənməsi prioritet təşkil edir - Mais Ağayev
“Ötən 5 ildə paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsi, xüsusən də, ictimai nəqliyyatda göstərilən xidmətin həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılıb”.
Bu sözləri Publika.az-a açıqlamasında Prezidentin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı fikirlərini təhlil edərkən Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev səsləndirib.
Sözçü bildirib ki, paytaxta ən müasir avtobuslar gətirilərək müntəzəm marşrut xətləri üzrə istismara verilib: “Cənab Prezidentin də vurğuladığı kimi, Bakı şəhərinin nəqliyyatı yaxşılaşdırılır. “BakuBus MMC” yaradılıb. Ötən il daha 300 müasir və komfortlu avtobuslar alınaraq şəhərimizə gətirilib. Hazırda onların istismara verilməsi üçün iş gedir. Qarşıdakı həftələrdə bu avtobuslar da sərnişinlərimizin xidmətində olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu avtobusların hər biri bütün standartlara cavab verir. Qeyd edim ki, bu iş davamlı olaraq aparılır. Eyni zamanda dövlətin sərnişindaşıma sahəsində çalışan sahibkarlar üçün yaratdığı şəffaf idarəetmə sisteminin və əlverişli biznes mühitinin verdiyi imkandan istifadə edən daşıyıcılar var və onlar da avtobus parkının yenilənməsinə səy göstərirlər. Son illər daşıyıcılar tərəfindən şəhərimizə 200 ədəd yeni avtobus gətirilərək xəttə buraxılıb. Avtobus parkının yenilənməsi ilə yanaşı vacib məqamlardan biri də istehsalat bazasının yenilənməsidir. Yenilənmə alınıb gətirilən avtobusların daha uzunmüddətli istismara yararlı olması baxımından önəm kəsb edir”.
Tağı Həsənov
-
Magazin214:14Qocalmaq bilməyən Monika Belluççi yeni reklamda - FOTO
-
MDB13:52Rusiya qəhrəmanı öldürüldü - Mövqeyini əsgər yoldaşı satıb
-
Sağlamlıq13:05Elmdə inqilab - Artrit dərmanı tökülən saçları tam bərpa etdi
-
Ekologiya12:29Sabahın hava proqnozu açıqlandı
-
Səhiyyə12:00Ebola dəhşəti böyüyür - 7 022 yoluxma, 3 398 ölü
-
Hadisə11:52Nurlan Libre keçmiş həyat yoldaşını məhkəməyə verdi
-
Yaxın Şərq10:03İrana məxsus mülki gəmi vuruldu - Ölən və yaralananlar var
-
Dünya09:00Modi həmkarlarını görün nələrə qonaq etdi






































