Nəqliyyat
Hərarəti 37,5 dərəcədən yuxarı olan sərnişinlər təyyarəyə buraxılmayacaq
Azərbaycanda koronavirus infeksiyası COVID-19 pandemiyası dövründə yerinə yetiriləcək sərnişin daşımaları ilə bağlı yeni qaydalar hazırlanıb.
Qaydalara əsasən, bədən hərarəti 37,50 C-dən yuxarı olan sərnişinlər reysə buraxılmayacaq:
- yalnız yola düşməyə hazırlaşan sərnişinlərin aerovağzal kompleksinin binasına daxil olmalarına icazə verilir;
- terminal binasına daxil olmazdan əvvəl sərnişinlər xüsusi avadanlıq - dezinfeksiyaedici dəhliz vasitəsilə ümumi dezinfeksiya prosedurundan keçirlər;
- aerovağzal kompleksinin daxilində sərnişinlər tibbi maskalardan istifadə etməlidirlər. Tibbi maskaları olmayan sərnişinlərə hava limanı əməkdaşları tərəfindən maskalar təqdim ediləcəkdir;
- aviasiya təhlükəsizliyi əməkdaşları tərəfindən yoxlama proseduru sosial məsafəyə riayət olunmaqla həyata keçiriləcək. Bunun üçün terminalda xüsusi işarələr mövcuddur;
- qeydiyyat üçün növbələrə hava limanının xüsusi təyin edilmiş əməkdaşları tərəfindən nəzarət olunacaq. Qeydiyyat prosedurunu həmçinin müstəqil qeydiyyat köşklərində də keçmək mümkündür (“Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin reysləri üçün). Bu zaman baqajı «Bag Drop» masasında təhvil vermək olar. Növbədə gözləməmək məqsədilə aviaşirkət qeydiyyat prosedurunu saytda onlayn rejimdə və ya mobil tətbiq vasitəsilə keçməyi tövsiyə edir. Sərnişinlərin baqajı qəbul edildikdən sonra dezinfeksiya olunacaq və üzərinə təsdiqləyici işarə vurulacaq;
- uçuş zonasında (gömrük və sərhəd nəzarətindən keçdikdən sonra) Duty Free mağazaları və restoranlar Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və göstərişlərinə riayət etməklə fəaliyyət göstərəcək;
- sərnişinlərin hava gəmisinə daxil olması salondakı sonuncu sıralardan başlayaraq həyata keçiriləcək.
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO





































