Nəqliyyat
Hafiz Hacıyev polisin "saxla" əmrinə tabe olmadı və...
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib.
Buna səbəb partiya sədrinin çoxsaylı ödənməmiş cərimələrinin olmasıdır.
Eyni zamanda o, çoxsaylı qayda pozuntusuna yol verdiyi üçün cərimə ballarının sayı da sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olub.
Bu gün əməkdaşımız Hafiz Hacıyevin Azadlıq prospektində qayda pozuntusunun şahidi olub. Belə ki, yol polisi əməkdaşları ona "saxla" işarəsi versə də, Hafiz Hacıyev tabesizlik göstərərək ərazidən uzaqlaşıb və maşını ofisinin qarşısında saxlayaraq gedib. Polis əməkdaşları ərazidə onun axtarışına başlasalar da, tapa bilməyiblər. Daha sonra nə baş verdiyi isə məlum deyil.
Saytın araşdırmasından sonra məlum olub ki, partiya sədrinin sürücülük hüququ iyul ayının 27-də məhdudlaşdırılmasına baxmayaraq, hələ də avtomobil idarə edir. (avtosfer)
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır

















.jpg)


















.jpg)

.jpg)