Nəqliyyat
Daha 10 rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək - QƏRAR
“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin qərarına əsasən, koronovirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-a qədər, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-a qədər və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-a qədər ictimai nəqliyyatın hərəkətinin dayandırılması barədə qərar qəbul edilib.
Bu barədə Publika.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib.
Məlumata görə, qeyd edilən regionlarda epidemiyanın yayılma sürəti artdığı üçün müvəqqəti həftəsonları ictimai nəqliyyatın dayandırılması zərurəti yaranıb. Qalan günlərdə ictimai nəqliyyatın hərəkətinə ciddi nəzarət ediləcək. Avtobusların salonlarında dezinfeksiyaedici məhlulların mütəmadi qoyulması və tibbi maskalardan istifadəyə xüsusi diqqət ayrılıb. Avtobusların gündəlik dezinfeksiya olunması ilə bağlı tələbin icrasına nəzarətin gücləndirilməsi məqsədilə xüsusi monitorinq qrupu yaradılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





















.jpg)















.jpg)
.jpg)
