Nəqliyyat
“AZAL-Miles”sin bonus ballarının etibarlılıq müddəti uzadılacaq
COVID-19 infeksiyasının sürətlə yayılması və əksər istiqamətlər üzrə uçuşların məhdudlaşdırılması ilə bağlı yaranmış gözlənilməz vəziyyəti nəzərə alaraq, “Azərbaycan Hava Yolları” (AZAL) “AZAL-Miles” proqramının iştirakçılarına bonus ballarının etibarlılıq müddətini uzadacaq.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, ballarının etibarlılıq müddəti bu il bitməli olan proqram iştirakçıları 2021-ci ilin dekabr ayının 31-dək ballardan istifadə edə biləcəklər. Bu qayda həm aviabiletlərə dəyişdirilə bilən səyahət ballarına, həm də “Gold” və “Platinum elit” səviyyələrinin status ballarına şamil olunur.
“AZAL-Miles” AZAL-ın tez-tez uçan sərnişinləri üçün nəzərdə tutulmuş proqramdır. İştirakçılar AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən yerinə yetirilən uçuşlar üçün ballar toplaya və sonra onları AZAL-ın mükafatlandırıcı aviabiletlərinə dəyişə və yaxud xidmət sinfinin yüksəldilməsi üçün istifadə edə bilərlər. Yetərli sayda status balları topladıqdan sonra “Gold” və “Platinum” statusuna sahib olan iştirakçılar hava limanının biznes zal xidmətinə giriş, əlavə baqaj və sair kimi üstünlüklərdən faydalana bilərlər. Daha ətraflı məlumat aviaşirkətin saytında yerləşdirilib: “www.miles.azal.az”.
“AZAL-Miles” proqramı ilə bağlı suallarınızı müştəri xidmətlərinə “[email protected]” elektron poçt ünvanı və yaxud saytdakı əks əlaqə forması vasitəsilə yönləndirə bilərsiniz.
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi














.png)













.jpg)
.jpg)





