Nəqliyyat
Sürücülərə xəbərdarlıq - Bakıda bu küçə və prospektlər bağlıdır
Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub.
Bu barədə Publika.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindəna məlumat verilib.
Bildirilir ki, hazırda Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib.
Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməsin. Eləcə də Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır.
Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız 10-cu zavod dairəsi və Babək prospektindən keçməklə hərəkət etməlidirlər.
Həmçinin 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Üzgüçülük hovuzunun yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa müəyyənləşdirilib.
Yeni bulvar ərazisində də şəxsi avtomobillərlə hərəkət mümkün olmayacaq. Çünki həmin istiqamətdəki bütün yollara hərbi texnikalar yerləşdirilib.
Qara Qarayev prospektindən, Koroğlu metrostansiyası yanından, Heydər Əliyev prospekti ile mərkəzə doğru avtomomobillerin hərəkəti Ziya Bünyadov prospektinə dəyişdirilib.
Babek prospektinden gelenlerin ise hereketi Mikayıl Əliyev küçesi kəsişməsindən, Neftçilər Metrostansiyası istiqmətinə dəyişdirilir.
-
Hadisə1 Sentyabr 23:12Burnunu it dişləyən xəstəyə yenisi formalaşdırıldı - VİDEO
-
Sosial1 Sentyabr 22:00Röya Ayxanın eks-qayınatası 9 il sonra azadlıqda - FOTO
-
Magazin21 Sentyabr 21:36Ancelina Coli Ukraynanın bu şəhərində qəlyanaltı etdi
-
Magazin21 Sentyabr 21:2435 il saxlanılan sirr - Məşhur müğənnin külü hara səpilib?
-
İqtisadi gündəm1 Sentyabr 20:48Qızıl kəskin ucuzlaşdı
-
Magazin11 Sentyabr 20:36Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı - VİDEO
-
Sosial1 Sentyabr 20:24Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır
-
Sosial1 Sentyabr 19:48Bağçada yayılan iddialar haqda AÇIQLAMA






.jpg)















.jpg)




.jpg)










