Nəqliyyat
Sulutəpə dairəsində yeni yol qovşağının FOTOLARI
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Sulutəpə dairəsində tıxac və ləngimələri aradan qaldırmaqla vətəndaşlarımızın rahat hərəkətinin təmin olunması üçün yeni yol qovşağı inşa edir.
Publika.az agentliyə istinadən xəbər verir ki, artıq inşaat işləri sonuncu mərhələ üzrə aparılır.
Qovşaq 2 yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edə avtonəqliyyat vasitələrinin dairədəsıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.
Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edir. Sözügedən körpülərin dayaqları və aşırım hissəsinin monolit dəmir-betonla inşası artıq yekunlaşıb. Hazırda körpülərə yanaşma yollarının inşası işləri görülür.
Layihə əsasında dairə ətrafında olan 2 350 metr uzunluğa malik yolların təmiri, piyada səkilərinin yaradılması, 600 metrdən çox istinad divarlarının inşası da nəzərdə tutulurdu ki, bu istiqamətdə işlərin böyük hissəsi icra olunaraq yekunlaşdırılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
