Nəqliyyat
Avtobuslarda kondisioner problemi: BNA səbəbi AÇIQLADI
Avtobuslarda kondisionerlərin aktivləşdirilməsi ilə bağlı rəsmi göstərişin verilməsinə baxmayaraq, bəzi marşrut avtobuslarında kondisioner hələ də işləmir. Havaların isindiyi bir vaxtda, xüsusilə də insanların avtobusdan daha çox istifadə etdikləri pik saatlarda yaşanan sıxlıq sərnişinlərin narazılığı ilə qarşılanır.
Problemin hansı səbəbdən yarandığı və nə vaxt həll ediləcəyi ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxladıq.
Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Publika.az-a məsələdən xəbərdar olduqlarını bildirdi.

Məsələnin nə zaman həll olunacağına gəlincə, qurum sözçüsü qeyd etdi ki, bunun üçün göstəriş verilib: “Bəzi avtobuslarda belə hal var. Bu da əsasən texniki məsələdir. Bunun aradan qaldırılması üçün müvafiq qaydada daşıyıcılara göstəriş verilib”.
Qeyd edək ki, 31 maydan etibarən avtobuslarda kondisionerlərin aktivləşdirilməsi ilə bağlı rəsmi göstəriş verilib.
Akqabay
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır

















.jpg)


















.jpg)

.jpg)