Nəqliyyat
Bakıda NİİM-ə məxsus çox funksiyalı paylayıcı qutunu zədələdilər - FOTO
Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə aid çox funksiyalı paylayıcı qutu zədələnərək tam yararsız hala salınıb.
Publika.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.
O bildirib ki, "Nərimanov ESTATE” tikinti şirkəti nəqliyyat axınının düzgün idarə olunması baxımından mühüm əhəmiyyət kəsb edən avadanlığı qeyri-qanuni olaraq tikinti sahəsinə daxil edərək çəpərləyib. Üzərində avadanlığın Bakı Nəqliyyat Agentliyinə məxsus olması və onun zədələnməməsi barədə xəbərdarlıq olmasına baxmayaraq tikinti şirkəti buna məhəl qoymayıb.
"23.06.2021 tarixində isə “Nərimanov ESTATE” şirkəti tərəfindən tikinti sahəsində aparılan iş zamanı idarəetmə lövhəsini dağıdıb. Tikinti şirkətinin məsuliyyətsiz və qanuna zidd əməli nəticəsində Təbriz küçəsi və ətraf ərazilərdə ümumilikdə sahə avadanlıqlarının işində o cümlədən iki yol ayrıclarında svetoforda, müşahidə kameralarının və avtobus dayanacaqlarındakı “BakıKart” ödəmə terminallarının işi tamamilə dayanıb. Təəssüflə bildiririk ki, yol ayrıcından svetoforun işləməməsi səbəbindən Təbriz-Əhmədbəy Ağaoğlu küçlərinin kəsişməsində yol nəqliyyat hadisəsi də qeydə alınıb.
Qeyd olunan məsələylə bağlı hüquqi addımların atılmasına başlanılıb. Müvafiq aktlar tərtib olunaraq digər zəruri sənədlərlə birgə hüquq mühafizə oqranlarına təqdim olunacaq.
Bu cür halların mütəmadi olaraq baş verdiyini nəzərə alaraq bir daha bildiririk ki, hüquqi və fiziki şəxslər dövlət əmlakı hesab edilən ən əsası isə hərəkətin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edən sahə avadanlıqlarına qarşı son dərəcə diqqətli və məsuliyyətli olmalıdır. Bu cür avadanlıqların əhəmiyyətinin nəzərə alınmadığı kiçik bir nüans sonda yüzlərlə insanın lüzumsuz yerə əziyyət çəkməsinə hətta həyatlarının təhlükə altına düşməsinə səbəb olur".
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
















.jpg)























