Nəqliyyat
XƏBƏRDARLIQ: yanvarın 1-dən etibarən buna icazə verilməyəcək - VİDEO
Gələn il yanvarın 1-dən Bakıda dizellə işləyən avtobuslara icazə verilməyəcək. Bu barədə Nazirlər Kabinetinin 3 il əvvəl 73 saylı qərarı var. Qərarda deyilir ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobuslar mütləq qaydada elektrik və sıxılmış qazla işləməlidir. Ekspertlər hesab edirlər ki, hazırkı vəziyyətdə bu, mümkün deyil.
Publika.az xəbər verir ki, bir neçə gündən sonra paytaxtda ictimai nəqliyyatda yalnız sıxılmış qaz və elektriklə işləyən avtobusların istismara veriləcəyi ilə bağlı tələb qüvvəyə minəcək. Bununla bağlı sabiq baş nazir Novruz Məmmədov 2019-cu ilin 4 mart tarixində qərar qəbul edib.
Ekspertlər hesab edirlər ki, Bakı şəhərinin qeyd edilən növdən olan avtobuslarla tam təmin edilməsi üçün bir neçə milyard dollar investisiyaya ehtiyac var.
Ekspert Elməddin Muradlı "Xəzər Xəbər"ə deyib ki, hər iki kateqoriyadan olan avtobusların yanacaqla təminatı üçün hazırda paytaxtda lazımi infrastruktur mövcud deyil.
Ekspertin sözlərinə görə, əgər bu qərarın icrası həyata keçirilsə, "Baku Bus" avtobuslarının xidmət göstərə biləcəyi, yerdə qalan 2 minədək digər avtobusların isə tələblərə cavab verməcəyi görünür. Ekspert hesab edir ki, bu qərarın qüvvəyə minmə tarixi mütləq uzadılmalıdır.
Elməddin Muradlı onu da bildirib ki, yanacaq növünə görə avtobusların fəaliyyətinə məhdudiyyət qoyulmamalıdır. Avtobuslara standart növünə görə məhdudiyyət qoyula bilər. Burada da daşıyıcılar qarşısında tələblər qoyulmalıdır ki, ictimai nəqliyyatda yalnız "Avro-6" standartından aşağı avtobuslar ölkəyə buraxılmayacaq.
Bu qərar 3 il əvvəl verilibsə, paytaxtda bu növ avtobusların yanacaqdoldurma məntəqələri indiyə qədər niyə qurulmayıb?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, köhnə avtobuslar sıxılmış qaz və elektriklə işləyənlər gətirilənə qədər xətlərdən çıxarılmayacaq.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)