Nəqliyyat
Gələn ildən Bakıda dizellə işləyən avtobuslar işləməyəcək? - BNA-dan RƏSMİ AÇIQLAMA
Yanvarın 1-dən Bakıda dizellə işləyən avtobuslara icazə verilməyəcək. Bununla bağlı sabiq baş nazir Novruz Məmmədov 2019-cu ilin 4 mart tarixində qərar qəbul edib. Qərarda deyilir ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobuslar mütləq qaydada elektrik və sıxılmış qazla işləməlidir. Ekspertlər hesab edirlər ki, hazırkı vəziyyətdə bu, mümkün deyil.
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, avtobus çatışmazlığı, mövcud avtobusların xeyli hissəsinin yararsız olması hər kəsə bəllidir: "Belə olan halda normal nəqliyyat siyasəti yürüdülməli, marşrut şəbəkəsi genişlənməli və şaxələnməli, avtobus sayı artırılmalı, təhlükəsizlik və komfort yüksəldilməli və s. Bunun əvəzində belə qərarların qəbul edilməsi işləri xeyli ləngidir.

Onun fikrincə, ilin sonuna qalan bu iki iş günündə NK-nın 73 saylı qərarının həmin bəndi ləğv edilməlidir: "Onsuz da bu bənd icra edilməyəcək, çünki icra edilsə, Bakı avtobussuz qalacaq".
Bununla bağlı Publika.az-ın əməkdaşı Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxlayıb.
BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, həmin qərarda 2022-ci ilin yanvarın 1-dən Bakı şəhərində dizellə işləyən avtobusların fəaliyyətinə qadağa qoyulacaq yazılmayıb: "Qərarda açıq-aşkar göstərilir ki, 2022-ci ilin 1 yanvar tarixindən Bakı şəhərində yalnız elektrik və CNG – yəni sıxılmış təbii qaz mühərrikli avtobuslar istismara qəbul olunacaq. Dizellə işləyən, hazırda xətdə olan avtobuslar da işləyəcəklər".

BNA-nın sözçüsü məsələ ilə bağlı ekspertlərin mətbuatda yayılan fikirlərinə də münasibət bildirib: "Bu da nəticə etibarı ilə insanlar arasında çaşqınlıq yaradır. İctimai nəqliyyat, sərnişindaşıma daima insanların maraq göstərdiyi çox həssas bir sahədir. Bununla bağlı fikir söyləyən ekspertlər bir qədər məsuliyyətli olsunlar. Qərarın nələri özündə ehtiva etdiyini anlasınlar".
Tural Turan
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





















.webp)













.jpg)


