Nəqliyyat
Metroda KÖHNƏ QATARLARDAN istifadə olunur: Park nə vaxt YENİLƏNƏCƏK?
“Hazırda “Bakı Metropiteni” QSC-nin vaqon parkında 61 qatar, 305 vaqon. Onların 19-u, yaxud 95 vaqon mikro-iqlim nəzarəti sistemləri və müasir innovasiyalar baxımından tam təchiz olunub. Bu gün xətdə olan qatarların təxminən 50 faizi müasir standartlara cavab verir”.
Bu sözləri Publika.az-a açıqlayan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, qalanları köhnə nəsil qatarlardır:
“Hər gün müntəzəm xəttə 40-46 marşrut üzrə qatarlar buraxılır. Onların içərisində yeni qatarlar xüsusi çəkiyə malikdir. Normativ qaydalara uyğun olaraq, qatarlar təxminən 12-20 saat müddətində xəttə qaldıqdan sonra depoya göndərilir, təmir və baxış işləri həyata keçirildikdən sonra yenidən xəttə buraxılır. Hazırda Moskvada “Bakı Metropoliteni” QSC-nin sifarişi ilə 4 yeni nəsil qatar istehsal olunur. Sentyabrda "Bakı Metropoliteni"nin nümayəndələri həmin qatarlardan birinin texniki təftişi, sınaqları və qəbulu üçün Moskvaya gedəcək və qatarlar Bakıya gətiriləcək. Bu il ərzində xətdə 4 belə qatar buraxılacaq və ilin sonuna qədər onların sayı 23-ə çatdırılacaq”.

Köhnə qatarların hələ xətdən çıxarılmaması ilə bağlı yaranan narahatçılığa aydınlıq gətirən mətbuat katibi bildirdi ki, onların istismar müddəti 31 ildir:
“Bu müddət bitən gün qatar xətdən çıxarılır, yaxud xüsusi texniki komissiya qatarda texniki araşdırma aparır və onun istismar müddətinin uzadılıb-uzadılmaması ilə bağlı müvafiq qərar verir. Bir sözlə, metropolitendə bütün proseslər normativ tələblərə uyğun həyata keçirilir. Köhnə qatar tərkibinin istismar müddətinin başa çatmasına müəyyən dövr qalmış rəhbərlik yeni qatarların sifariş verilməsi üzərində iş görür. Ümumiyyətlə, metropolitenə yeni qatar almağın iki əsas şərti var: Qatar ya istismar müddətini başa vurmalı, ya da yeni stansiyalar tikildikcə, zərurət yarandığı halda yeni qatarlar alınmalıdır”.
Onun sözlərinə görə, qatarlar normativlərə və texniki şərtlərə uyğun şəkildə yenilənəcək:
“2023-cü ildə qurumun köhnə vaqon parkının yarısı azalacaq və 50 faizi tam yenilənəcək. 3 il əvvəllə müqayisədə, indi metroda yeni qatarların sayı artıb. Bizim üçün ən vacib məsələ, sərnişinlərin təhlükəsizliyinin təmin olunmasıdır ki, bunu xidmətlərimizdən istifadə edən hər kəs əyani şəkildə görə bilər. Xəttə buraxılan qatar tərkiblərinin nasaz olması halları kifayət qədər azalıb ki, bu da ən müasir avtomatlaşdırma sistemlərinin tətbiqi və digər yeniliklər sayəsində baş verib”.
Rövşən Ziya
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var














.jpg)










.jpg)













