Nəqliyyat
Bu marşrutlarda avtobuslar kəskin azaldı, interval yüksəldi - BNA niyə susur?
Son günlər sonuncu dayanacağı Bibiheybət qəsəbəsi 20-ci dairəsi olan 88 nömrəli marşrut avtobusunu yarım saata yaxın gözləməyə məcbur olmuş sərnişinlər buna etirazlarını bildiriblər.
Əldə etdiyimiz məlumata görə, paytaxtın Bibiheybət qəsəbəsi - metronun “Dərnəgül” stansiyası marşrut xətti üzrə hərəkət edən 88 nömrəli marşrut avtobuslarının sayının kəskin azaldılması intervalın böyüməsinə səbəb olub.
Məsələ ilə bağlı məlum marşrutun dispetçer xidmətindən Publika.az-a bildirilib ki, bu marşrut üzrə istismarda olan 48 avtobusdan 28-i ixtisar olunub.
“Hazırda bu xətdə sərnişinlərə cəmi 20 avtobus xidmət göstərir. Bu səbəbdən marşrutda interval 6-7 dəqiqədən 16-20 dəqiqəyə qalxıb. Narazılığın səbəbi də məhz budur”, - deyə dispetçer xidmətinin verdiyi məlumatda qeyd olunub.
.jpg)
Bu cür yüksək interval Badamdar qəsəbəsi - metronun “Dərnəgül” stansiyası marşrut xətti üzrə hərəkət edən 3 nömrəli marşrut avtobuslarında da mövcuddur. Sakinlər demək olar ki, sözügedən marşrut xətti üzrə hərəkət edən avtobusların gecikməsindən narazıdır. Dünən axşam və bu gün səhər saatlarında 3 nömrəli marşrut avtobusları 30 dəqiqəyə yaxın intervalla sərnişinlərə xidmət göstəriblər. Uzun müddət dayanacaqda avtobus gözləməli olan sakinlər etirazlarını sürücüyə bildirsilər də, gecikmənin səbəbini öyrənə bilmədi. Bundan başqa qeyd olunur ki, avtobuslar tez-tez xarab olur, bu da intervala təsir edir.
Saytımıza daxil olan başqa bir informasiyaya görə, “BakuBus” MMC-nin parkında yüzlərlə yeni avtobus var. Həmin avtobusların istismara buraxılmaması bir tərəfə, hazırda xəttə olanların sayının yarıbayarı azaldılması başadüşülən deyil.
“BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Babayev 88 nömrəli müntəzəm marşrutdakı 48 avtobusdan 28-nin ixtisar olunması ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib etdi. Quruma ünvanladığımız soğru isə hələ də cavabsız qalıb.
Yazıdakı məlumatlarla əlaqədar “BakuBus” MMC-nin və Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasını dərc etməyə hazırıq.
Akqabay Mıradov
-
Dünya19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin217:06Aleyna Solaker Berkə ərə gedir
-
Digər16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
-
Region15:45Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış
-
MDB15:14Məşhur çimərlikdən istifadəyə qadağa qoyuldu - Sanitariya problemləri var
-
Magazin214:28Məşhur rus aktyoruna alkoqol qadağası qoyuldu






































