Nəqliyyat
Yeni NƏQLİYYAT-LOGİSTİKA mərkəzi: YÜKDAŞIMALARDA hansı rolu oynacaq?
Ələt Azad İqtisadi Zonasının (AİZ) İdarə Heyətinin sədri Valeh Ələsgərov bu gün mətbuata verdiyi açıqlamasında cari ilin oktyabrında ərazidə yeni nəqliyyat-logistika mərkəzinin inşasının planlaşdırıldığı barədə məlumat verib.
V.Ələsgərov 160 min kvadrat metr ərazidə dəmiryol infrastrukturu yaradılacağını və avtomobil yolunun tikiləcəyi barədə də danışıb. Onun sözlərinə görə, bu təşəbbüsün reallaşdırılması üçün özəl investisiyalar cəlb olunacaq, növbəti iki ildə layihənin başa çatdırılması planlaşdırılır.
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, yeni mərkəzin tikilməsi AİZ-in yenidən təşkil olunması və yaradılması istiqamətində strateji məqsədin tərkib hissəsidir:

“Ölkəmiz artıq Şimal və Cənub, Asiya və Avropa arasında mühüm nəqliyyat dəhlizi rolu oynayır. Əlavə investisiya layihələri həyata keçirməklə, bu infrastrukturu genişləndirmək və mövcud imkanları artırmaq olar. Nəqliyyat-logistika mərkəzinin yaradılması da bu tələblərdən irəli gəlir. Mərkəz işə başladıqdan sonra AİZ-nın əhəmiyyəti, mövcud imkanları və qeyd etdiyim marşrutlar üzrə oynayacağı rolu daha da artacaq. Bu, həm Azərbaycanın mövcud nəqliyyat-logistika potensialını zənginləşdirəcək, həm ölkəmizin imkanlarını artıracaq, həm də beynəlxalq yükdaşımaların həyata keçirilməsində və qeyd edilən marşrutlar üzrə ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq”.

Onun sözlərinə görə, uzun illər ərzində nəqliyyat sektorunda həyata keçirilən bütün tədbirlər bir məqsədə xidmət edib:
“Buna Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşasını və istifadəyə verilməsini misal çəkə bilərəm. Hazırda ölkədə yeni hava limanlarının tikintisi, nəqliyyat infrastrukturunun qurulması və azad iqtisadi zonalarının yaradılması prosesi davam edir və neft-qaz ixracından gələn gəlirlər hesabına bu sahələrə külli midarda vəsaitlər yatırılır. Bunlar Azərbaycanı regionda nəhəng nəqliyyat qovşağına çevrilməsinə, ölkəmizin Asiya ilə Avropa və Şimal ilə Cənub arasında körpü rolu oynamasına xidmət edir. Bununla da ölkəmizdə həm neft-qaz sektorundan kənarda əlavə gəlir mənbəyi əldə etmək, həm də qeyri-neft sektorunun inkişafına təkan verməyə əsaslar yaranır”.
Rövşən Ziya
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


