Nəqliyyat
DYP-dən sürücülərə MÜRACİƏT
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə yollarda xoşagəlməz halların yaşanmaması üçün hər bir yol hərəkəti iştirakçısını təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Bu barədə Publika.az-a İdarədən bildirilib.
Bayramla əlaqədar qeyri-iş günlərində avtomobillə səfərə çıxmağa hazırlaşan sürücü və sərnişinlərdən isə aşağıdakı tövsiyələrə biganə qalmamaq xahiş olunur:
Hazırda havaların yağmurlu olmasını da nəzərə alaraq, sürücülər səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına xüsusi diqqət yetirməli, yol və hava şəraitini, hərəkət intensivliyini düzgün qiymətləndirməli, sürəti hava şəraitinə uyğun seçməli, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalıdırlar. Mövsümlə əlaqədar mümkün qədər günün işıqlı vaxtında yola çıxmağa üstünlük verilməli, nəqliyyat vasitəsini yuxusuz, yorğun halda idarə etməkdən çəkinməli və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyin vacib olduğunu unutmamalıyıq. Təhlükəsizlik kəmərinin təkcə sürücü deyil, sərnişinlərin də bağlaması mütləqdir”.
“Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün gücləndirilmiş iş rejimində xidmət aparan Dövlət Yol Polisi bir daha qeyd edir ki, hər bir yol hərəkət iştirakçısı qaydalara əməl etməklə bayram günlərinin yalnız sevincli anlarla yadda qalmasına töhfə vermiş olar”, - müraciətdə əlavə olunub
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


