Nəqliyyat
AYNA qadın sahibkarı 20 min CƏRİMƏLƏDİ
"Efir-AZ" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) taksi sifarişi operatoru 20 000 manat miqdarında cərimələnib.
Publika.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsi ilə protokol irəli sürülüb və iş məhkəməyə göndərilib.
"Efir-Az" MMC 99 UP 960 nömrə nişanlı "Toyota" və 99 BL 050 nömrə nişanlı "Mersedes"ə verilmiş taksi sifarişləri barədə məlumatların AYNA İS-ə ötürülməsi mexanizminin yaradılmaması və fəaliyyət göstərməməsi müəyyən edilib.
Məhkəmənin qərarı ilə "Efir-Az" MMC-nin qanuni təmsilçisi və direktoru olan Abbasova Fidan Adil qızı İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsi ilə təqsirli bilinərək, 20 000 manat məbləğində inzibati cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsinə görə taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir. ("Qaynarinfo")
-
Hadisə08:59Xəzər dənizində zəlzələ oldu
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO





































