Nəqliyyat
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda daha iki marşrutun hərəkət sxemi dəyişdirilir
Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar 17 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Bu barədə Publika.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, 17 nömrəli marşrut “Nəriman Nərimanov” metrostansiyası istiqamətində Fətəli xan Xoyski küçəsi – Əhməd Rəcəbli küçəsi – Təbriz küçəsi (“Nəriman Nərimanov” metrostansiyası) – Əhməd Rəcəbli küçəsi (son dayanacaq), Yeni Yasamal yaşayış massivi istiqamətində isə Əhməd Rəcəbli küçəsi (son dayanacaq) – Dairəvi hərəkət (Uluqbəy küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi) – Əhməd Rəcəbli küçəsi – Fətəli xan Xoyski küçəsi, daha sonra mövcud sxem üzrə hərəkət edir.
24 nömrəli marşrut isə “Nəriman Nərimanov” metrostansiyası istiqamətində Ziya Bünyadov prospekti – Əhməd Rəcəbli küçəsi – Uluqbəy küçəsi – Ağa Nemətulla küçəsi – Təbriz küçəsi (son dayanacaq), Qaraçuxur qəsəbəsi istiqamətində isə Təbriz küçəsi (son dayanacaq) – Əhməd Rəcəbli küçəsi – Ziya Bünyadov prospekti, daha sonra mövcud sxem üzrə hərəkət edir.
-
Hadisə08:59Xəzər dənizində zəlzələ oldu
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO





































