Nəqliyyat
Azərbaycanda taksidən istifadə azaldı
Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar ayında 18,4 milyon ton yük və 157,2 milyon sərnişin daşınıb. 2024-cü ilin yanvar ayı ilə müqayisədə, yük daşınması 5,5%, sərnişin daşınması isə 7,9% artıb.
Publika.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat ayında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 138,1 milyon sərnişin daşınıb ki, bu da illik müqayisədə 8,4% çoxdur.
Dövr ərzində taksi xidmətlərindən istifadə edən sərnişinlərin sayı 5,9 milyon nəfər olub ki, bu da illik ifadədə 0,5% azalma deməkdir. Həmçinin, hesabat dövründə avtobuslardan istifadə edənlərin sayı isə 132,3 milyon nəfər təşkil edib ki, bu da 2024-cü ilin yanvar ayındakı göstərici ilə müqayisədə 8,8% çoxdur.
2024-cü ildə isə ölkədə nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 9,3 milyon ton yük, 127,5 milyon sərnişin daşınmışdı ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 6,7% və 5,9% artım deməkdir. Ötən il sərnişinlərin 95,4%-i avtobus, 4,6%-i isə minik taksilərinin xidmətlərindən istifadə etmişdi.
Beləliklə, 2024-cü ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvarında ölkədə avtobusdan istifadə artıb, taksidən istifadə isə azalıb.
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO






































