Nəqliyyat
Uçuş cədvəli dəyişdiyinə görə sərnişinlərə hansı güzəştlər ediləcək? - QƏRAR
Uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar sərnişinlərə ediləcək güzəştlər müəyyənləşib.
Publika.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Kommersiya hava daşımalarının, sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarının həyata keçirilməsi Qaydaları"nda əksini tapıb.
Qərara əsasən, uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar daşımada dəyişikliklər edildiyi halda (qarşısıalınmaz qüvvə (fors-major) şəraitindən başqa) daşıyıcı biletdə göstərilmiş marşrut üzrə sərnişinin daşınmasını həyata keçirə bilmədiyi vaxt ərzində sərnişinlər üçün aşağıdakı xidmətləri ödənişsiz təşkil etməlidir:
- Yeddi yaşınadək uşağı olan sərnişinə ana və uşaq otaqlarının verilməsi;
- uçuş iki saatdan çox ləngidikdə iki telefon zənginin edilməsi və ya iki elektron poçtun göndərilməsi imkanının yaradılması, habelə sərinləşdirici içkilərin verilməsi;
- uçuş ləngidikdə gündüz vaxtı altı, gecə vaxtında isə səkkiz saatdan bir isti yeməklə təmin edilməsi;
- uçuş səkkiz saatdan çox ləngidikdə mehmanxanada yerləşdirmə;
- əlavə haqq alınmadan mehmanxanada yerləşmə təmin edildiyi hallarda hava limanından (aeroportdan) mehmanxanaya və geriyə nəqliyyatla çatdırılma;
- baqajın saxlanılmasının təşkili.
Daşıyıcı və ya xidmət təşkilatı sərnişinə daha yüksək komfortlu ödənişli əlavə xidmətlər göstərə bilər. Beş yaşınadək uşaqlar yalnız böyüklərin müşayiəti ilə daşınırlar. Beş yaşından 18 yaşınadək uşaqların daşınması daşıyıcının qaydalarına uyğun olaraq tənzimlənir.
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO






































