Avropa
Avropanın qaz ehtiyatları TƏHLÜKƏLİ həddə: 2011-ci ildən bəri belə olmayıb
Avropanın yeraltı qaz anbarlarında ehtiyatlar noyabr ayının ortası üçün rekord aşağı səviyyəyə düşüb.
Publika.az xəbər verir ki, “Gas Infrastructure Europe” təşkilatının məlumatına görə, noyabrın 17-nə anbarlarda təxminən 76,6 milyard kubmetr qaz qalıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 milyard kubmetr azdır. Müşahidələrin aparılmağa başlandığı 2011-ci ildən bəri noyabrın bu tarixinə qədər belə azalma qeydə alınmayıb.
Hazırda Avropanın yeraltı qaz anbarları təxminən 70 faiz doludur. Bu göstərici ötənilki səviyyədən təxminən 12 faiz, son beş ilin orta göstəricisindən isə 18 faiz aşağıdır.
Bildirilib ki, oktyabrın 28-də istilik mövsümünün başlanmasından bəri Avropa ölkələri yeraltı qaz anbarlarından 6,8 milyard kubmetr qaz götürüblər. İlk üç həftə ərzində xalis qaz çıxarışı 5,6 milyard kubmetr təşkil edərək rekord həddə çatıb. Bu, həmin dövr üçün adi göstəricidən təxminən iki dəfə çoxdur.
Avropa Komissiyasının tələblərinə əsasən, dekabrın əvvəlinə qədər qaz anbarlarının 90 faiz doldurulması nəzərdə tutulur. Bu il tənzimləyici qurum mülayim qış gözləntiləri ilə əlaqədar bu həddin 80 faizə endirilməsinə icazə vermişdi. Lakin Avropa bu göstəriciyə də çata bilməyib.
Müəllif: Valeh
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO
-
Rəsmi xronika13:56İlham Əliyev Vyetnama gedəcək
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun
-
ABŞ10:46Həmin çevrilişi ABŞ təşkil edib - Mask "açdı sandığı, tökdü pambığı"




































.png)