Sosial
Yasamal ictimaiyyəti YAP-ın 34 illiyin qeyd edir - FOTOLAR
Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: 34 illik şərəfli inkişaf yolu” adlı təntənəli tədbir keçirilib.Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək onun əziz xatirəsini anıblar.
Publika.az xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyət yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları əlamətdar yubiley münasibətilə təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi 34 illik şərəfli tarixi yoldan, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən bəhs edib. Bəxtiyar Nəbiyev Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün ölkəmizin siyasi sistemində aparıcı qüvvə kimi cəmiyyətin bütün təbəqələrini birləşdirdiyini və rayon təşkilatının bu istiqamətdə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirdiyini vurğulayıb.
Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova partiyanın yaradılmasının tarixi zərurətindən və ölkəmizin ictimai-siyasi həyatında oynadığı həlledici roldan danışıb. Bahar Muradova qeyd edib ki, YAP yarandığı gündən xalqın milli maraqlarına xidmət edib, ölkədə sabitliyin, davamlı inkişafın və dövlət siyasətinin uğurla həyata keçirilməsinin əsas təminatçısına çevrilib. O, həmçinin partiya sıralarında qadınların və gənclərin fəallığını xüsusi qeyd edərək, YAP-ın gələcək hədəflərə doğru inamla irəlilədiyini bildirib.
Tədbirdə 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin anası, “Hüseyn Cavid 33A” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rahilə Ramazanova və Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, “Mətbuat pr. 40” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Qəzənfər Ağayev də çıxış edərək partiyanın fəaliyyəti, qazanılan tarixi Zəfər və ölkəmizin tərəqqisi barədə fikirlərini bölüşüblər.
Yekun nitqi ilə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində əhəmiyyətli rolunu diqqətə çatdırıb. Elşad Həsənov bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün regionun lider dövlətinə çevrilib, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. O, Yasamal rayonunun ictimai-siyasi həyatında YAP fəallarının rolunu yüksək qiymətləndirərək partiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
RİH başçısı bildirdi ki, 90-cı illərdə ölkəmizdə çox ağır vəziyyət olanda Ulu Öndər Heydər Əliyev çıxışlarının birində demişdir: “Yeni Azərbaycan Partiyası təsadüfi yaradılmayıb. Yeni Azərbaycan Partiyası Azərbaycanın o ağır dövründə obyektiv zərurətdən yaranıb. Biz elə bir partiya yaratmalıyıq ki, o, həm bu günümüzlə, həm də gələcəyimizlə yaşasın”. Bu ifadənin səslənməsindən təxminən 30 ildən çox vaxt ötüb və bu gün biz Ulu Öndərin nə dərəcədə uzaqgörən dövlət xadimi olduğunun bir daha şahidi oluruq. Ulu Öndərin siyasi dahiliyi ondan ibarət idi ki, o gələcəyi görürdü.
Ulu Öndər deyirdi ki, “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. YAP təsis ediləndə müxalif partiya kimi meydana gəlmişdi. Lakin qısa müddət ərzində YAP hakim partiyaya çevrildi. YAP həm prezident, həm də parlament seçkilərində parlaq qələbələr qazandı və hakim qüvvəyə çevrildi.
Bildirildi ki, Yeni Azərbaycan Partiyası bu gün qalib Azərbaycanın partiyasıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər partiyanın milli maraqlara əsaslanan siyasətinin bariz nəticəsidir. Bu gün Azərbaycan qarşısında böyük hədəflər dayanıb. Ölkəmizdə “Böyük Qayıdış” proqramı icra edilir və artıq 100.000 yaxın insan Qarabağa qaydıb və bu rəqəm hər gün artır.Cənab Prezidentin tapşırığı çərcivəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Qarabağda milli mənəvi abidlərimiz və məscidlərimiz bərpa edilir.
Tədbirin rəsmi hissəsinin sonunda təltifetmə mərasimi keçirilib və bir qrup partiya fəalına Fəxri Fərmanlar təqdim olunub. Tədbir bədii hissə ilə başa çatdı.
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO
-
Rəsmi xronika13:56İlham Əliyev Vyetnama gedəcək
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun
-
ABŞ10:46Həmin çevrilişi ABŞ təşkil edib - Mask "açdı sandığı, tökdü pambığı"












.jpg)



























.png)