Sağlamlıq
C vitamini nə vaxt qəbul edilməlidir? - Həkimdən vacib xəbərdarlıq
"C" vitamini qəbul etmək üçün xüsusi saat seçməyə ehtiyac yoxdur. Lakin yüksək dozada qəbul edilməsi immuniteti gücləndirmir, əksinə, həzm sistemində problemlərə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “SM-Klinika”nın terapevti Kseniya Noçevnaya “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, "C" vitamini kollagenin yaranmasında, toxumaların sağalmasında, immun sisteminin fəaliyyətində və antioksidant müdafiədə mühüm rol oynayır. O, həmçinin bitki mənşəli qidalarda olan dəmirin orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdırır.
Ən yaxşı mənbə qidalardır
Mütəxəssis bildirib ki, "C" vitamininin əsas mənbəyi müxtəlif və balanslı qidalanma olmalıdır. Bu vitamin şirin bibər, qara qarağat, kivi, itburnu, sitrus meyvələri, brokoli, kələm və göyərtidə çoxdur. Dondurulmuş giləmeyvələr də yaxşı vitamin mənbəyi hesab olunur.
"C" vitamini uzun müddət istiliyə, suya və saxlanmaya həssas olduğundan tərəvəz və meyvələrin bir hissəsini təzə halda yemək, bişirərkən isə uzunmüddətli istilik emalından qaçmaq tövsiyə edilir.
Qəbul vaxtının xüsusi əhəmiyyəti yoxdur
Həkim əlavə preparat qəbulunun tövsiyə edildiyi hallarda "C" vitamininin səhər və ya axşam, yeməkdən əvvəl və ya sonra qəbul edilə biləcəyini bildirib. Lakin mədəsi həssas olan insanlarda askorbin turşusu qıcqırma, ürəkbulanma və narahatlıq yarada bilər. Belə hallarda preparatı yeməkdən sonra qəbul etmək daha məqsədəuyğundur.
Yüksək doza əks təsir göstərə bilər
Noçevnayanın sözlərinə görə, orqanizmin "C" vitaminini mənimsəmək imkanları məhduddur. Orta miqdarda qəbul zamanı vitaminin təxminən 70-90 faizi mənimsənildiyi halda, birdəfəlik 1 qramdan artıq dozada bu göstərici 50 faizdən aşağı düşür.
Artıq miqdar sidiklə xaric edilir. Bir neçə qram "C" vitamini qəbul etmək immun müdafiəsini gücləndirmir, əksinə, ishal, qarın ağrısı və spazmlar yarada bilər.
Mütəxəssis bahalı liposomal və buferləşdirilmiş "C" vitamini preparatlarının əksər sağlam insanlar üçün adi askorbin turşusundan üstünlüyünün sübut edilmədiyini də vurğulayıb.
Həkim əlavə olaraq "C" vitamininin paxlalılar, qarabaşaq, göyərti və tam taxıllı məhsullarla birlikdə qəbulunun bitki mənşəli dəmirin mənimsənilməsini yaxşılaşdırdığını qeyd edib. Dəmir çatışmazlığının müalicəsi zamanı isə preparatların birlikdə qəbulu həkimlə dəqiqləşdirilməlidir.
Müəllif: Adəm
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO
-
Rəsmi xronika13:56İlham Əliyev Vyetnama gedəcək
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun
-
ABŞ10:46Həmin çevrilişi ABŞ təşkil edib - Mask "açdı sandığı, tökdü pambığı"






.jpg)






























.png)