Dünyanın üç liderinin görüşündə nüvə mesajı: Si Cinpin “qırmızı xətlər”i xatırlatdı
Bizi izləyin

Dünya

Dünyanın üç liderinin görüşündə nüvə mesajı: Si Cinpin “qırmızı xətlər”i xatırlatdı

Dünyanın üç liderinin görüşündə nüvə mesajı: Si Cinpin “qırmızı xətlər”i xatırlatdı

Çinin sədri Si Cinpin Şençjendə keçirilən üçtərəfli görüşdə böyük dövlətlər arasında “qırmızı xətlər”ə hörmət edilməsinin vacibliyini vurğulayıb.

Publika.az kp.ru-ya istinadən xəbər verir ki, Cinpin Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampla söhbəti zamanı keçilməməli olan “qırmızı xətlər”ə riayət edilməsinin əhəmiyyətinə diqqət çəkib.

“Bir-birimizin maraqlarına toxunan mühüm və həssas məsələlərlə bağlı əvvəlcədən ünsiyyət qurmalı, özümüzü qarşı tərəfin yerinə qoymalı və ehtiyatlı davranaraq bir-birimizin qırmızı xətlərini pozmaqdan çəkinməliyik”, - deyə Çin sədri bildirib.

O, həmçinin nüvə silahlarının bəşəriyyət üçün yaratdığı böyük təhlükəyə görə tamamilə qadağan edilməli və ləğv olunmalı olduğunu bəyan edib.

Cinpinin sözlərinə görə, nüvə müharibəsi yolverilməzdir, çünki belə münaqişədə qalib gəlmək mümkün deyil və bunun nəticəsində həddindən artıq çox insan həyatını itirə bilər.

Müəllif: Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm