Ermənistana verilən 200 milyon dolların ŞOK SƏBƏBLƏRİ
Bizi izləyin

Nida.az

Ermənistana verilən 200 milyon dolların ŞOK SƏBƏBLƏRİ

Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri Rusiyanın Ermənistana verdiyi 200 milyon dollarlıq hərbi kreditin incəliklərini araşdırıb.


Publika.az xəbər verir ki, nəşr Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının genişmiqyaslı formada müasirləşdirdiyini yazır: “Gümrü ərazisində və İrəvanda təxminən 20 hərbi qarnizon ötən ilin əvvəlində təmir olunub. Növbədə Gümrüdə “Böyük qala” hərbi şəhərciyinin ərazisində hərbi qulluqçular üçün yemək zalının əsaslı təmiri var. Bir ay sonra 600 hərbi qulluqçu burada “İsveç süfrəsi” sistemi ilə qidalana biləcək. 102-ci baza Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə əsasən, Ermənistanın təhlükəsizliyinin zamini rolunda çıxış edir. 2010-cu ildə Rusiya Ermənistanla bazanın 2044-cü ilə qədər bu ərazidə qalması haqqında müqavilə imzaladı. Bazada şəxsi heyətin ümumi sayı təxminən 4 mindir. Motoatıcı, tank, artilleriya bölmələri və təminat bölmələri, həmçinin, BMP-2 piyada döyüş maşınları, T-72B tankları, yaylım atəşin reaktiv sistemi - “Qasırğa”, özüyeriyən artilleriya, S-300, M1-2 və Ox-10 zenit –raket kompleksləri yerləşdirilib”.


Nəşr bütün bunlara baxmayaraq, Rusiyanın Ermənistanı silahlandırmağa davam etdiyini qeyd edir: “Diqqətəlayiqdir ki, İrəvanda etirazların başlanmasından dərhal sonra Rusiyanın nəqliyyat naziri, Ermənistan-Rusiya hökumətlərarası komissiyasının həmsədri Maksim Sokolov bu ölkəyə səfər etdi. Nəticədə Ermənistana 200 milyon kreditin verilməsi razılığı əldə olundu”.


Məqalədə daha sonra iyulun 2-də Ermənistan parlamentinin növbədənkənar iclasında bu kreditlə bağlı səslənən fikirlər yer alıb.


Belə ki, parlament kreditin alınmasını təsdiqləyib. Səsvermədə iştirak edən deputatların 98-i bunun lehinə səs verib. Razılaşmanı təqdim edən müdafiə nazirinin müavini Araras Nazaryan deyib ki, bu kredit 2015-2017-ci illər ərzində Rusiya istehsalı olan silahların alınmasına sərf olunacaq.

Vitse-spiker Ermine Naqdalyan isə “Fikirlər səslənir ki, bu silahları Rusiya Azərbaycana da satır” deyib: “Bəli, bu doğrudur. Lakin Ermənistan daha ucuz qiymətə və asan şərtlərlə alır. Biz bu silahlara ən azı 10 faiz aşağı qiymət ödəyəcəyik. Həmçinin, bunu 10 il ərzində verilən güzəştli kredit hesabına alacağıq”.


Maraqlıdır ki, erməni deputatlar iclasda guya Azərbaycanın hücuma keçəcəyinə dair iddialar səsləndiriblər. Onların sözlərinə görə, bu, Rusiyanın maraqlarına ziddir və Moskva məhz buna görə Ermənistana kredit ayırıb. Lakin bir sıra xarici ekspertlər son günlər Ermənistan ictimaiyyətinə sırınan bu fikirlərin əslində daxili çaxnaşmaları sakitləşdirmək məqsədinə xidmət etdiyini düşünürlər.

“Nezavisimaya qazeta” Ermənistanın Rusiyadan hansı silahları alacağını da qeyd edir: “Rusiya KİV-nə sızan məlumatlara görə, bu, zenit və tank əleyhinə olan hərbi texnikalar olacaq”.

Qeyd edək ki, buna qədər Ermənistan tərəfi Rusiyadan “İsgəndər - M” raketlərinin alınacağı kimi absurd iddialar da səsləndirirdi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm