Nida Təhlil
Putin AİB silahını niyə indi işə saldı? - Ermənistana seçim tələbinin hədəfləri
Ermənistan Avrasiya İqtisadi Birliyində qalmaqda davam edəcəyini bəyan etsə də, Moskva “AİB və Aİ arasında seçim et” israrından əl çəkmir. Putin “iki ittifaqdan birini seçməklə bağlı referendum” təklifini AİB-in Astana sammitində də gündəmə gətirdi və dörd ölkənin - Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın birgə çağırışına nail oldu. Paşinyan isə “referendum təklifini” rədd edib və AİB-də qalacaqlarını bildirib.
İrəvanın Brüsselə yaxınlaşmaq siyasətinə rəğmən, Avropa İttifaqına üzvlük məsələsi uzunmüddətli prosesdir, hətta Gürcüstan, Moldova, Ukrayna təcrübəsi yekunda qəbul edilib-edilməməsini belə sual altına salır. Bunu Moskvada da anlayırlar, hərçənd, Rusiyanın məhz seçkidən öncə “seçim tələbi”ndə israr etməsi konkret hədəfə hesablanıb.
Birincisi, Ermənistan hakimiyyətini Aİ ilə yaxınlaşma siyasətinə dair Brüsseldə şübhələrə yol aça biləcək mövqe sərgiləməyə məcbur etməkdir: Paşinyanın son açıqlaması əslində bu prosesin nəticəsi idi, lakin erməni baş nazir “İrəvan AİB və AB arasında seçimin qaçılmaz olacağı nöqtəyə qədər işləyir və işləməyə davam edəcək” deməklə həm Brüsselə “inteqrasiya istəyi davam edir” mesajını verdi, həm də “AİB-də qaldıqlarını” açıqladı. Moskva üçün bu, qənaətbəxş deyil və aydındır ki, “seçim tələbi”ni gündəmdə saxlayacaqlar.
İkincisi, Rusiya erməni ictimai rəyinə “AİB-dən uzaqlaşan Paşinyanın yenidən seçilməsi iqtisadi itkilər deməkdir” mesajını çatdırır və bununla seçicilərin mövqeyinə təsir etməyə çalışır: Ermənistan məhsullarının idxalına qoyulan qadağalarla bunu praktiki olaraq göstərir, eyni zamanda, qaz qiyməti, erməni miqrantlara olan güzəştlərin ləğv edilməsi kimi xəbərdarlıqlarla gələcək problemləri təqdim edir;
Bu, Rusiyanın Ermənistan üzərində ən təsiredici rıçağını işə salması deməkdir. Çünki İrəvan avropalı tərəfdaşlarının köməyi ilə Moskvanın hərbi-təhlükəsizlik və siyasi dəstəyinə alternativ tapsa da, iqtisadi sferada bu qeyri-mümkündür, ən azı müəyyən dövrə – Azərbaycanla yekun sülh sazişinin imzalanması, Türkiyə ilə sərhədlərin açılması və Avropa bazarına çıxış əldə edənə qədər. Moskva məhz indi iqtisadi rıçaqlarını istifadə etməklə Ermənistandakı mövqelərinin perspektivini təmin etməyə çalışır. Seçki gününə qədər – bu həftə ərzində Rusiyanın bu istiqamətdə praktiki addımları genişlənə bilər.
Asif Nərimanlı
-
Səhiyyə15:33Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
-
Nida Xəbər 14:45Əli Əsədov sərəncam imzaladı
-
MDB13:55Bu ölkə separatçı Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarını geri götürdü
-
MDB13:07Rusiya müharibənin bitəcəyi tarixi açıqladı: Bunu istəyirik
-
ABŞ12:20ABŞ siyasətində şok statistika: Ən çox söyüş söyən prezidentlər bəlli oldu
-
Nida Xəbər 12:08Azərbaycan və Mərkəzi Asiya: Yeni geosiyasi əməkdaşlıq modeli - TƏHLİL
-
Magazin111:16Xalq artisti nəvəsini hərbi xidmətə yola saldı - FOTO
-
Rəsmi xronika10:34İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM















.jpg)















.jpg)








