Nida.az
Elmar Məmmədyarov Şərqi Azərbaycan vilayətinin valisi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dost və mehriban qonşuluq əlaqələrinin inkişafından məmnunluq ifadə edərək, iki ölkə arasında tarixi, mədəni və dini bağlantıların olduğunu qeyd edib.
Vali İsmayıl Cabbarzadə Azərbaycanda səfərdə olmasından məmnunluq ifadə edərək, dövlətlərimiz arasında əlaqələrin inkişafının xalqlarımızın mənafeyinə uyğun olduğunu bildirib. O, rəhbərlik etdiyi Şərqi Azərbaycan vilayəti haqqında ətraflı məlumat verdi və turizm, səhiyyə, elm, mədəniyyət və tibb ixtisası üzrə tələbə mübadiləsi kimi sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb.
İkitərəfli iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün hökumətlərarası birgə əməkdaşlıq komissiyası və onun çərçivəsində müştərək biznes forumlarının təşkil edilməsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.
-
ABŞ05:15ABŞ və İran uranı birlikdə çıxaracaq - Trampdan sensasion açıqlama
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya17 Aprel 20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial17 Aprel 19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa

















.jpg)


.webp)














