Nida.az
Britaniyalı diplomat: “Dağlıq Qarabağ münaqişəsi sabahdan etibarən həll olunmalıdır”
“Dağlıq Qarabağda müharibəsi olmasaydı, Cənubi Qafqaz regionunda mənzərə başqa cür olardı”.
Publika.az xəbər verir ki, bu barədə Britaniya
diplomatı Robert Kuper deyib.
O, Qarabağ müharibəsinin əsl faciə olduğunu bildirib: “Bu, SSRİ-nin
dağılmasından sonra başlanan birinci müharibədir. Artıq o vaxtdan
27 il keçib. Təsəvvür edin, bu müharibə olmasaydı, region tamamilə
başqa cür olardı. 27 il ərzində insan həyatları qurban gedib,
resurslar itirilib. Ona görə də sabahdan etibarən münaqişənin sona
çatması üçün çalışmalıyıq”.
Kuperin sözlərinə görə, Cənubi Qafqaz ölkələri ilə münasibətlər
Böyük Britaniya üçün çox əhəmiyyətlidir: “Bizim Azərbaycanla mühüm
münasibətlərimiz var. Bu ölkə Avropaya böyük miqdarda enerji
resursları ixrac edir və bu, bizim üçün vacibdir. Gürcüstanla da
münasibətlərimiz son vaxtlar enmə və qalxma olaraq davam edir. Bu
ölkədə görülən işlərə hörmət edirik və bunun davam edəcəyinə ümid
edirik. Ermənistan bizim üçün daha az tanınıb. Lakin bununla belə
Avropada çoxlu erməninin yaşaması bu ölkə ilə əlaqələrimizi da
vacib edir”.
Asif Nərimanlı
-
Nida Xəbər 11:57Vardanyan Ermənistanın ombudsmanını Bakıya çağırdı: Həyat yoldaşı da gələcək
-
Dünya11:22İranla münaqişədən sonra ABŞ-ın dünyadakı rolu: Ağlabatan bir şəxs prezident olarsa...
-
Hadisə10:50“Zelenoqrad Çikatilosu” öldürüldü: Qadın qatilini Ukrayna ordusu məhv etdi
-
Dünya10:30Trampa qarşı şok iddia: Çıxışlarından bir neçə saat əvvəl...
-
MDB09:24Donbas şaxtaları uğrunda döyüş: Rusiya strateji nöqtələri ələ keçirdi
-
İdman09:12Rəhim Həsənov niyə istefa vermir?
-
ABŞ09:00O da Tramp administrasiyasını tərk edir
-
Sosial08:12Ağdam şəhərinə daha 92 ailə yola salındı











.webp)
.jpg)



.webp)

















