Nida Xəbər
Nyu York merinin Azərbaycanla bağlı paylaşımına qarşı petisiya
ABŞ-nin Nyu York şəhərinin meri Zöhran Kvame Mamdaninin X platformasında etdiyi paylaşımda 1915-ci il qondarma erməni soyqırımı, eləcə də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə səsləndirdiyi əsassız və qərəzli fikirlər dünya azərbaycanlılarının kəskin etirazı ilə qarşılanıb.
Publika.az Report-a istinadən xəbər verir ki, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması və beynəlxalq qurumların obyektiv yanaşmasının təmin olunması məqsədilə Azərbaycan-Amerika Gənclər Federasiyasının təşəbbüsü ilə petisiya başladılıb.
Dünya azərbaycanlıları bu petisiyaya dəstək verməklə Nyu York merinin Azərbaycanla bağlı həqiqəti əks etdirməyən paylaşımından ciddi narahatlıqlarını ifadə ediblər.
Petisiyada ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəklədiyi, münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımların atıldığı bir dövrdə bu cür qərəzli yanaşmaların narahatlıq doğurduğu qeyd edilib. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qarabağa göndərdiyi son nümayəndə heyətinin 2023-cü il 2 oktyabr tarixli qiymətləndirməsinə əsasən, mülki əhaliyə qarşı zorakılıq halları müşahidə edilməyib, həmin ərazilərdə mülki infrastrukturun zədələnməsi faktları aşkarlanmayıb. 44 günlük Vətən müharibəsi zamanı Gəncə, Bərdə və Tərtər də daxil olmaqla Azərbaycanın bir sıra şəhərlərinin raket və artilleriya atəşinə məruz qaldığı, bunun isə mülki itkilərə və infrastrukturun zədələnməsinə səbəb olduğu xüsusi vurğulanıb. Bundan əlavə, 1992-ci ilin fevral ayında bəşəriyyətin ən ağır faciələrindən biri olan Xocalı soyqırımına diqqət çəkilib, yüzlərlə Azərbaycan mülki vətəndaşının amansızcasına qətlə yetirildiyi xatırladılıb.
Sonda bu kimi məsələlərdə BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn ümumi prinsiplərinə və tarixi faktlara əsaslanan obyektiv mövqe sərgilənməsi tələb edilib.
Dünya azərbaycanlıları qeyd edilən link vasitəsilə petisiyaya qoşula bilərlər.
Qeyd edək ki, ABŞ, Kanada, İsrail, Böyük Britaniya və Avropanın Almaniya, Finlandiya, İspaniya, Macarıstan, Çexiya, Sloveniya, İsveç, Yunanıstan və başqa ölkələri, eləcə də 44 ölkəni birləşdirən 17 Koordinasiya Şurası Nyu York şəhərinin merinin Azərbaycanı əsassız şəkildə ittiham etməsinə qarşı çıxaraq, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması və beynəlxalq qurumların obyektiv yanaşmasının təmin olunması məqsədilə bəyanatlar yayıb, ABŞ Prezidenti Donald Trampa və Nyu Yorkun meri Zöhran Kvame Mamdaninə etiraz məktubları göndəriblər.
-
Nida Xəbər 15:10Əli Əsədov qərar imzaladı
-
Dünya14:47İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi






_(1).jpg)



.jpg)
















.jpg)

.jpg)








