Nida Xəbər
Özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlayacağı tarix açıqlandı
“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya” yer alan istiqamətlərdən biri özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyətə başlaması və inkişafıdır.
Publika.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab verilib. Bildirilib ki, bu institutun tətbiqi məhkəmə ekspertizası sahəsində alternativliyi təmin edəcək.
Bununla yanaşı, ekspertiza xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, işlərin baxılma müddətinin qısaldılmasına və məhkəmə proseslərinin daha operativ həyata keçirilməsinə mühüm töhfə verəcək.
Bildirilib ki, özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması həmçinin rəqabətli mühitin formalaşmasına şərait yaradacaq. Bu isə ekspert rəylərinin keyfiyyətinin yüksəldilməsinə, yeni texnologiyaların və innovativ yanaşmaların tətbiqinə, eləcə də beynəlxalq təcrübənin daha effektiv inteqrasiyasına imkan verəcək.
Özəl məhkəmə ekspertləri ilə məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərin hüquq və vəzifələri, habelə məsuliyyəti eyni hüquqi çərçivə əsasında müəyyən edilir. Bu yanaşma ekspert rəylərinin obyektivliyinin, qərəzsizliyinin və mötəbərliliyinin təmin olunmasına xidmət edir. Eyni zamanda, bütün ekspertlər üçün vahid peşə standartlarının tətbiqi ədalət mühakiməsində bərabərliyin qorunmasına və hüquqi təminatların gücləndirilməsinə imkan yaradır.
Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər müvafiq ixtisas üzrə ən azı 10 illik iş təcrübəsinə malik olmalı, yaxud fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə və ya xüsusi biliklərini təsdiq edən beynəlxalq səviyyədə tanınmış sənədlərə sahib olmalıdırlar.
Qanuna uyğun olaraq, şəhadətnamə almış şəxslər barədə məlumatlar dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil ediləcək və yalnız bundan sonra onların məhkəmə eksperti kimi fəaliyyəti mümkün olacaq.
Fiziki və hüquqi şəxslər, eləcə də onların nümayəndələri qanunvericilikdə müəyyən edilmiş hallarda məhkəmə ekspertizasının aparılması üçün həm məhkəmə ekspertizası idarələrinə, həm də özəl məhkəmə ekspertlərinə müraciət etmək hüququna malikdirlər. Bu zaman ekspertiza xidmətləri tərəflər arasında bağlanan müqavilə əsasında həyata keçirilir və sifarişçinin vəsaiti hesabına maliyyələşdirilir.
Müqavilə çərçivəsində ekspert bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıdığı barədə məlumatlandırılır və bu hal onun imzası ilə təsdiq edilir. Bu yanaşma ekspert fəaliyyətində qərəzsizlik, obyektivlik və peşə məsuliyyətinin təmin edilməsinə xidmət edir.
Qeyd edilib ki, Konsepsiyada bu il özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanılması nəzərdə tutulur.
-
Sosial18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım
-
Rəsmi xronika16:55İlham Əliyev üç fərman imzaladı
-
İqtisadi gündəm16:50BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?
-
Dünya16:10Gözəllik kraliçasını qayınanası belə öldürüb: Polis qətlin videosunu tapdı
-
Sosial15:20Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək
-
Dünya14:18Kralın yanında biabırçı hərəkət: Görün Tramp əlini Melaniyanın harasına qoydu - FOTO/VİDEO










.jpg)



























