Nida Təhlil
Prezidentin müvafiq sərəncamı vaxtında atılmış və təqdirəlayiq addımdır - Azər Badamov
“Bu ilin mart və aprel aylarında normadan artıq yağan yağışlar nəticəsində təəssüf ki, paytaxtımızda və Azərbaycanın müxtəlif regionlarında ciddi dağıntılar baş verdi. Təbiət hadisələrinin qarşısını almaq mümkün olmasa da, bu istiqamətdə dövlət tərəfindən ciddi addımlar da atılmalıdır ki, ziyanın əhatə dairəsi daha da genişlənməsin”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində infrastrukturun dərhal bərpası, yolların, körpülərin və elektrik obyektlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində operativ tədbirlər dərhal görülməyə başlanılıb:
“Bu məqsədlə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi və fəsadların aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına tapşırıqlar verildi. Ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi istiqamətində işlərə start verildi. Əsas prioritet məsələlərdən biri əhalinin təhlükəsizliyinin təmin edilməsi idi və koordinasiyalı fəaliyyət nəticəsində bu istiqamətdə operativ nəticələr əldə olundu”.

Deputat qeyd etdi ki, bütün bu işlər vətəndaşlarımızın sosial rifahının qorunması üçündür:
“Görülən işlərin davamlılığının təmin edilməsi və gələcəkdə oxşar halların qarşısının alınması üçün də müvafiq addımlar atılmalı idi. Bu baxımdan Prezident İlham Əliyevin müvafiq sərəncamı vaxtında atılmış və təqdirəlayiq addımdır. Bu, bir daha göstərir ki, dövlət vətəndaşların mənafeyini qoruyur, onların sosial rifahına xidmət edir və dəymiş maddi ziyanın aradan qaldırılmasını təmin edir. Ayrılan vəsait zərər çəkmiş insanların evlərinin bərpasına, yeni fərdi yaşayış evlərinin tikintisinə yönəldiləcək. Eyni zamanda, kompensasiya ödənişləri vasitəsilə əhaliyə dəymiş maddi və mənəvi ziyanın qarşılanması da təmin olunacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrılıb.
Müəllif: Roza Şəfiyeva
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq















.jpg)
















.jpg)




