Nida.az
Mədət Quliyev “Facebook” səhifəsini bağladı
Bir neçə gün öncə ölkə başçısının sərəncamı ilə milli təhlükəsizlik nazirinin I müavini vəzifəsinə təyin edilən general-leytenant Mədət Quliyev “Facebook” sosal şəbəkəsindəki profilini bağlayıb.
Modern.az saytı xəbər verir ki, bu barədə Mədət Quliyevin keçmiş işçisi, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yaşar İsakov bildirib:
“Dünən gecə saatlarında Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev şəxsi “Facebook” səhifəsini bağlayıb. Onun belə bir addım atmasının yeganə səbəbi vaxt məhdudiyyəti ilə bağlıdır. Belə ki, təkcə dünən cənab nazir müavininin "inbox"na bir neçə min (!) mesaj gəlib və onların 200-dən artığı Mədət müəllim tərəfindən şəxsən cavablandırılıb. O, dostlarının, tanışlarının və adi vətəndaşların mesajlarına bir-bir cavab verməyin fiziki baxımdan mümkünsüzlüyünü, gələn sual və təbriklərin cavabsız qalmasının onlara qarşı diqqətsizlik kimi anlaşılacağını nəzərə alaraq “Facebook” səhifəsini bağlamaq qərarına gəlib”.
Qeyd edək ki, Mədət Quliyev bəzi vəzifə sahiblərindən fərqli olaraq, “Facebook” sosial şəbəkəsində aktiv nəzərə çarpırdı.
-
Magazin105:15Vüqar Əbdülov Namiq Qaraçuxurlu ilə arasında baş verib? - VİDEO
-
İdman02:12“Real Madrid” uduzdu, “Barselona” isə...
-
Hadisə01:00Badamdar yamacında sürüşmə təhlükəsi: yol bağlandı - VİDEO
-
Dünya00:30Daha bir ölkə 6 bal gücündə zəlzələ ilə SARSILDI
-
Qoroskop00:00Günün ulduz falı - Balanslı münasibətiniz sizə uğur gətirəcək
-
Sosial4 Aprel 23:36Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
-
Sosial4 Aprel 23:12Doğmalarının imtina etdiyi 13 yaşlı qızla bağlı rəsmi açıqlama - YENİLƏNDİ
-
Region4 Aprel 23:00Ərdoğan-Zelenski görüşündə nələr müzakirə edilib?






































